Bir dünya rekordu: 19 gündə 57 mərtəbəli göydələni necə inşaa etdilər?

Çində bir inşaat firması inanılması mümkün olmayan bir işə imza ataraq, 19 gündə 57 mərtəbəli bir göydələn inşa etdi.
Əvvəldən hazırlanaraq şəkilləndirilmiş prefabrik kərpiclər istifadə edərək 57 mərtəbəli göydələn proyektini 19 gündə bitirən işçilər, sürət və performanslarıyla eşidənləri heyrətə saldı. 180 min kvadrat metrlik bina üçün işçilər gecə-gündüz çalışarkən, göydələnin Leqo blokları kimi üst- üstə düzülərək inşaa edildiyi açıqlandı. Gündə üç mərtəbə tikilən binanın istehsalının bir dünya rekordu olduğu iddia edildi.