Bir qramı 1000 dollardır
08:38 06.09.2018
Arxiv
968
Azərbaycanın yenidən ilan zəhərini ixrac etməsi ölkəyə əlavə valyuta mənbələrinin gəlməsinə imkan yaradacaq
İlan zəhərinin qiymətli olduğunu bütün dünyada hər kəs bilir. Bu sahə həm də iqtisadiyyata böyük gəlir gətirmək imkanına malikdir. Vaxtilə Azərbaycanda ilan zəhərinin ixracı inkişaf edib və gəlir gətirən sektorlardan biri olub. Sovet dövründə ilan zəhəri istehsal edilsə də, uzun müddət idi ki, Azərbaycanda bu sahədə durğunluq hökm sürürdü.
Yenidən Azərbaycan ilan zəhərini digər ölkələrə ixrac etməyi planlaşdırır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib ki, sovet dövründən sonra müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq, ilan zəhərinin ixrac edilməsi üçün danışıqlara başlanılıb.
Onun sözlərinə görə, hazırda Türkiyənin "Marmara trade” şikəti ilə Azərbaycana sovet dövründən miras qalan gürzə ilanının zəhərinin ixracı üçün danışıqlar aparılır: "Hazırda yazışma mərhələsindəyik. Onlar sovet dövründən qalan zəhərin bir hissəsinin alınması üçün müraciət ediblər. Həmin zəhərin bir hissəsi onlar tərəfindən beynəlxalq laboratoriyada analizdən keçiriləcək və onun zəhərinin nə dərəcədə yararlı olması barədə dəqiq məlumat aldıqdan sonra danışıqların ikinci mərhələsinə başlanılacaq”.
E.Yusifov qeyd edib ki, sovet dövründən Azərbaycana təxminən 20 kq ilan zəhəri miras qalıb. Bunu çox böyük rəqəm sayan institut direktoru bildirib ki, "Marmara trade” şikəti bu zəhərin 8-10 kq-nı almaq niyyətindədir: "Nəzərə almaq lazımdır ki, Azərbaycandakı zəhər yeni istehsal deyil. Sovet dövründən qalan zəhər optimal şəraitdə, vakuum ampulalarda saxlanılsa da, onların tərkibində toksinlik və digər göstəricilər dəyişə bilər. Bu isə zəhərin alış qiymətinə müəyyən dərəcədə təsir edə bilər”.
İlan zəhərinin ixracının mümkün olacağını deyən ADP sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu "Şərq”ə bildirib ki, sovet dövründən ilan zəhərini hazırlayırdılar:
"Vaxtilə ölkəmizdə belə bir təcrübə olub. İxracın yenidən baş tutması yaxşı haldır. Bildiyiniz kimi, ilan zəhəri çox qiymətlidir, onun bir qramı 1000 dollar civarındadır. Xüsusilə dərman sənayesində ilan zəhərindən geniş istifadə olunur”.
Məsələni iqtisadi aspektdən dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanın yenidən ilan zəhərini ixrac etməsi ölkəyə əlavə valyuta mənbələrinin gəlməsinə imkan yaradacaq:
"İlan zəhəri kifayət qədər qiymətli xammal sayılır. Keyfiyyətindən və növündən asılı olaraq dünya bazarında qramı 400 dollardan-2000 dollara qədər qiymətləndirilir. Xarici ölkələrə ixracın iqtisadi baxımdan səmərəli olması zəhərin həcmindən asılı olacaq. Ümumilikdə isə ilan zəhərinin ixracı olduqca gəlirli sahədir və çox böyük tələbat var. Dünyada bu işlə məşğul olan və yığdığı zəhəri sata bilməyən ölkə və yaxud şirkət yoxdur. Çünki ilan zəhərinə kifayət qədər tələbat var. Əgər zəhərin həcmi kifayət qədər böyük olsa, təbii ki, bu, çoxlu gəlir mənbəyinə çevriləcək. Yox əgər az miqdarda zəhərin toplanması həyata keçiriləcəksə, gəlirin həcmi o qədər də çox olmaya bilər. Amma hər halda bu, əlavə ixracat prosesidir və ölkəyə müəyyən xeyirləri dəyə bilər”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət