Bir sıra ölkələrdən diri donuzların idxalına məhdudiyyət qoyulub
17:43 26.07.2021
Arxiv
536
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan "Report"a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Vyetnam Sosialist Respublikası, Macarıstan Respublikası, Rumıniya Respublikası, Polşa Respublikası, Koreya Respublikası, Filippin Respublikası, İndoneziya Respublikası, Rusiya Federasiyası, Almaniya Federativ Respublikası, Latviya Respublikası, Cənubi Afrika Respublikası, Moldova Respublikası, Çin Xalq Respublikası, Laos Xalq Demokratik Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Butan Krallığı, Namibiya Respublikası, Myanma İttifaqı Respublikası, Kot-d'İvuar Respublikası, Malayziya və Ukrayna ölkələrinin bəzi inzibati ərazi vahidlərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Vyetnam Sosialist Respublikasının Ca Mau, Bac Ninh, Tra Vinh, Macarıstan Respublikasının Hajdu-Bihar, Borsod-Abauj-Zemplen, Heves, Rumıniya Respublikasının Braila, Salaj, Bihor, Polşa Respublikasının Lubelskie, Podkarpackie, Warmińsko-Mazurskie, Koreya Respublikasının Gangwon-Do, Gyeonggi-Do, Incheon Metropolitan City, Filippin Respublikasının Davao del Sur, Sarangani, Davao Oriental, İndoneziya Respublikasının Nusa Tenggara Timur, Bali, Di Yogyakarta, Rusiya Federasiyasının Primorskiy, Amurskaya, Kaluga, Almaniya Federativ Respublikasının Brandenburg, Sachsen, Latviya Respublikasının Vecumnieku, Apes, Dobeles, Cənubi Afrika Respublikasının Mpumalanga, Western Cape, Gauteng, Moldova Respublikasının Rîşcani, Falesti, Ungheni, Çin Xalq Respublikasının Xinjiang Uygur, Sichuan, Yunnan, Laos Xalq Demokratik Respublikasının Xaignabouri, Tanzaniya Birləşmiş Respublikasının Geita, Shinyanga, Butan Krallığının Chhukha, Namibiya Respublikasının Ohangwena, Kunene, Myanma İttifaqı Respublikasının Shan, Kot-d'İvuar Respublikasının Zanzan, Malayziyanın Sabah, Ukraynanın Mykolayiv, Kiev və Chernivtsi inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə