Birinci arvadı Trampdan vəzifə istədi





ABŞ-ın yeni prezidenti Donald Trampın birinci xanımı İvana Tramp Çexiyada səfir olmağı arzulayır.
Axar.az xəbər verir ki, xanım bu arzusunu Çexoslovakiya Sosialist Respublikasında doğulması, çex dilini mükəmməl bilməsi və o ölkədə geniş əlaqələri ilə izah edib.

İvana Tramp "Nyu York Tayms”a həmçinin bildirib ki, dünyanın 40 ölkəsində çap olunan, 25 xarici dilə tərcümə edilən 3 kitabın müəllifidir. O, dünyada Tramp soyadını qəbul etməzdən daha əvvəl tanındığını da vurğulayıb.

Xatırladaq ki, İvana Zelniçkova ilə Tramp 1977-ci ildə evləniblər. 1992-ci ildə ayrılan cütlüyün 3 övladı var.