Birinci vitse-prezidentin addımı ALQIŞLANDI: “Aprel döyüşçüləri şanlı tariximizin müəllifləridir”

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın aprel döyüşçüləri ilə görüşü, onlarla səmimi söhbəti cəmiyyətin bütün üzvləri tərəfindən rəğbətlə qarşılanır”.
Bu sözləri "Sherg.az” açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, aprel döyüşçülərinin problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar verilməsi bir daha onu göstərdi ki, hər zaman qayğıya ehtiyacı olan vətəndaşlarımız diqqətdə saxlanılır:
"Prezident İlham Əliyevin də həyata keçirdiyi siyasətin başlıca məqsədi qaçqınlara, məcburi köçkünlərə, şəhid ailələrinə diqqət və qayğının olmasıdır.
Ölkənin ikinci şəxsinin hərbiçilərə belə xoşagələn tərzdə münasibət göstərməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti hər bir əsgərinin, xüsusilə aprel döyüşçülərinin qədrini bilir, qiymətini verir. Onların hər biri bizdən ötrü əzizdir, onlar bizim şanlı tariximizin müəllifləridir.
Birinci vitse prezidentimizə minnətdarıq ki, həmin insanlar qiymət verir. Bütün bunlar cəmiyyətdə çox böyük rəğbətlə qarşılanır. Şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik. Prezidentimiz də yaşasın ki, sosial siyasəti davamlı və dayanıqlı şəkildə həyata keçirir”.
Yeganə Bayramova