"Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər"
12:44 02.02.2019
Arxiv
502
"Gənclər Gününə həsr olunmuş respublika toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən gənclər siyasətinin konseptual əsaslarına toxunaraq, bu siyasəti milli inkişafımızı təmin edən mühüm istiqamət kimi səciyyələndərdi".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Prezident 1994-cü ildə böyük dövlət xadimi Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin etməklə onların ictimai, siyasi mədəni və iqtisadi həyatımızın bütün sahələrində bu günki vacib yerini və rolunu müəyyən edir:
"Dövlət başçısı hazırda da gənclər siyasətinin daima diqqət mərkəzində olduğunu bildirdi. Əslində çıxışda səsləndirilən fikirlər Azərbaycan gəncliyinin ötən illər ərzində keçdiyi inkişaf yolunun qısa xülasəsi olmaqla həm də ümummilli tərəqqi yolunda nə qədər mühüm yol qət etmələrinin göstəricisi idi. Prezident İlham Əliyev bir daha dövlət müstəqilliyimizə diqqət çəkərək, bunun necə böyük sərvət olduğunu diqqətə çatdırdı.
İqtisadi və siyasi müstəqilliyi biri birini tamamlayan iki mühüm faktor kimi izah edərək gəncərimizi milli maraqlarımız üçün iqtisadi və siyasi müstəvidə fəal olmağa çağırdı. Tarixi müqayisəli üsula söykənərək bildirdi ki, əsrlər boyu bizim xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb. Ancaq biz milli mənsubiyyətimizi, adət-ənənələrimizi qorumuşuq. Ona görə ki, biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir.
Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olub. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər".
Parlament üzvü bildirib ki, bu fikirlər Azərbaycan gəncliyinin mənəvi kodeksi kimi qiymətləndirilməli, hər bir Azərbaycan vətəndaşının həyat və fəaliyyətinin fəlsəfəsini müəyyən etməlidir:
"Bu gün müasir Azərbaycanın idman , mədəniyyət, musiqi , sosial həyat, elm, təhsil sahəsində əldə etdiyi bütün qələbələrin əsasında məhz Azərbaycan gəncliyinin naliyyətlərinin durduğunu bildirən Prezident İlham Əliyev hərbi sahədə də əldə etdiyimiz qələbələrin qazanılmasını Azərbaycan gəncliyinin fədəkarlığı ilə izah etdi. Bildirdi ki, b iz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir .Bu fikirlər Azərbaycan gəncliyinin əslində nələr qadir olmasının bir sübutu olmaqla həm də onların gələcəkdə ərazi bütövlüyümüzün təminatçıları olduğunun göstəricisidir.
Buna görə də gənclərimizin rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev onların bütün problemlərinin həllinin daima dövlətin diqqətində olacağına işarıə etdi.Ümumilikdə bu görüş həm də gəncərin bundan sonrakı fəaliyyətlərinin cazibə mərkəzində milli maraqlarımızın müəyyənləşməsi baxımından ciddi siyasi və ideoloji təşviq hadisəsi kimi yadda qaldı ki , bu da ölkəmizin gələcəkdə də davamlı inkişafının təmin olunması baxımından olduqca əhəmiyyətlidir".
Ismayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region