“Bizim qəlbimiz sizlərlə döyünür”
19:56 13.12.2016
Arxiv
641
Türkiyənin Azərbaycandakı səfiri redaktorlarla görüşdü
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Mətbuat Şurasında jurnalistlərlə görüşüb. Sherg.az- ın məlumatına görə tədbirdə Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov xatırladıb ki, bu il Türkiyə xalqının düşmənləri ölkədə bir neçə dəfə terror aktı törədiblər.
O qeyd edib ki, Türkiyənin düşmənləri istəklərinə çata bilməyəcəklər: "Əminəm ki, terror aklarını
törədənlər layiqli cəzalarını alacaqlar. Bu məsələdə Azərbaycan Türkiyənin yanındadır”.
MŞ sədri deyib ki, Azərbaycan jurnalistləri ənənəvi olaraq Türkiyənin Azərbaycana təyin olunan
səfirləri ilə görüş keçirirlər.
Jurnalistlərlə görüşündən məmnun olduğunu bildirən səfir Erkan Özoral deyib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir: "Türkiyədə növbəti xoşagəlməz hadisə baş verib. Bildiyiniz kimi, Türkiyədə terror aktı törədilib. Bu terror aktında həlak olan və yaralanan insanlara allahdan rəhmət və şəfa diləyirəm. Qardaş Azərbaycan bu teror aktını ən birinci pisləyən ölkələrdən biri olub.
Biz hər zaman bir-birimizin yanındayıq. Türkiyə olaraq, hər zaman Azərbaycanın yanındayıq.
Türkiyənin Azərbaycandakı səfiri olaraq çalışmaq qürur hiss keçirirəm. Bizim qəlbimiz sizlərlə
döyünür. İki ölkə arasında möhkəm iş birliyi mövcuddur”.
Diplomat qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlər bundan sonra da inkişaf etdiriləcək. Səfir son illər Azərbaycanın inkişaf etdiyi vurğulayıb:
"Əvvəllər Azərbaycanda otellər az idi, hazırda xeyli otel tikilib.Bu da turizmin inkişafına dəstək verir. Azərbaycan bir neçə beynəlxalq yarışlara ev sahibliyi edib”. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli çıxışı zamanı Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən danışıb. O bildirib ki, Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır. Daha sonra tədbirdə iştirak edənjurnalistlər çıxış ediblər, səfirə suallarını ünvanlayıblar.
Yeganə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region