BMT Azərbaycandan əlavə hərbi qüvvə istəyir
11:14 04.04.2019
Arxiv
451
"Biz kadr hazırlığında NATO-nun imkanlarından istifadə edirik”.
ONA-nın məlumatına görə, bu sözləri müdafiə naziri Zakir Həsənov AZTV-yə müsahibəsində bildirib.
Müdafiə naziri qeyd edib ki, zabitlərimiz NATO-nun müxtəlif təlimlərində, kurslarında iştirak edir.
Z.Həsənov bu yaxınlarda Nyu-Yorkda BMT-nin sülhməramlı əməliyyatlarının yerinə yetirilməsi üzrə quruma üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirakından da danışıb: "Azərbaycan sülhsevər dövlətdir. Digər tərəfdən, Azərbaycan Ordusunun hazırlığı yüksək səviyyədədir və bunu bütün dünya görür, Ordumuzu da bu proqramlara cəlb edir. BMT dünyada sülhməramlı tədbirlər həyata keçirir, hərbi qüvvələrə ehtiyac var. BMT hansı ordu güclüdürsə, ona müraciət edir. BMT Azərbaycana da müraciət etdi. Siyasi qərar olduğundan azərbaycanlı zabitlər bu sülhməramlı əməliyyatlarda iştirak etməyə başlayıblar. Mən son tədbirdə BMT baş katibi və baş katibin müavini ilə də görüşdüm. BMT
Baş katibinin müavini ilə geniş müzakirə apardıq. Onlar yenə bizə müraciət edib, sülhməramlı əməliyyatlar üçün əlavə hərbi güc istəyiblər. Təbii ki, bu, siyasi məsələdir. Mən bunların hamısını təhlil edib, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə yazılı raport verəcəm. Qərar Ali Baş Komadan tərəfindən qəbul ediləcək. Ancaq bu gün BMT-nin bizə müraciət etməsinin özü də bir göstəricidir. Azərbaycan düzgün yoldadır və biz gələcəkdə də dünyada sülhə töhfə verəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media