“İndiki məqamda BMT-nin faydalı fəaliyyət göstərməsi mümkün deyil. Təşkilat bugünə qədər heç bir problemin müsbət həllinə nail olmayıb”
BMT mütləq yenilənməlidir
07:08 20.09.2017
Arxiv
518
“Vəziyyət o həddə çatıb ki, artıq üçüncü dünya müharibəsinin başlanması söz-söhbəti gedir”
“İndiki məqamda BMT-nin faydalı fəaliyyət göstərməsi mümkün deyil. Təşkilat bugünə qədər heç bir problemin müsbət həllinə nail olmayıb”
“İndiki məqamda BMT-nin faydalı fəaliyyət göstərməsi mümkün deyil. Təşkilat bugünə qədər heç bir problemin müsbət həllinə nail olmayıb”
Prezidentliyi dönəmində BMT-ni ilk dəfə ziyarət edən ABŞ rəhbəri Donald Tramp təşkilatda islahatların aparılmasının vacibliyini vurğulayıb. Tramp qurumu "cəsarətli islahatlar”a çağırıb və bildirib ki, dəyişiklik təşkilatın daha effektiv qüvvəyə çevrilməsinə xidmət edəcək. Amerika lideri bəyan edib ki, 193 üzvü olan BMT-də mövcud bürokratiya təşkilatın öz işini lazımi şəkildə aparmasına mane olur:
"Biz BMT-nin bütün dünyada insanların etibarını yenidən qazanmasını istəyirik. Buna nail olmaq üçün təşkilat idarəçiliyin bütün səviyyələrində hesabatlılığı dəstəkləməli, informatorları müdafiə etməli və əsas diqqəti prosesin özünə deyil, nəticələrə yönəltməlidir”. ABŞ prezidenti BMT-ni bürokratiya və qeyri-mükəmməl idarəçiliyə görə də tənqid edib. İslahatlar aparılması barədə təklif 128 ölkə tərəfindən dəstəklənib.
Trampın iradlarını "Şərq”ə dəyərləndirən Azərbaycan Demokratik Partiyasının sədri, politoloq Sərdar Cəlaloğlu məsələnin çox aktual olduğunu, lakin həyata keçirmək üçün gec qalındığını deyib. Ekspert bildirib ki, ABŞ prezidentinin hələ indi gündəmə gətirdiyi mövzu 1994-cü ildə ADP-nin birinci qurultayında qaldırılıb:
"23 il əvvəl vurğulamışdım ki, BMT-də islahatlar aparılmalı, qurum müasir dövrə uyğun yenidən təşkilatlanmalıdır. SSRİ dağılandan sonra BMT-dəki normalar və o zamankı beynəlxalq hüquq öz qüvvəsini itirdi. Çünki keçmiş beynəlxalq hüquq dünyanın sadəcə iki qütbü üçün nəzərdə tutulmuşdu. Təəssüflər olsun ki, BMT-nin yenilənməsi prosesi baş tutmadı. Görünür, müəyyən qüvvələr köhnə təşkilatı olduğu kimi saxlamaqda maraqlı idilər. Hazırda dünyada hərcmərclik hökm sürür. Vəziyyət o həddə çatıb ki, artıq üçüncü dünya müharibəsinin başlanması söz-söhbəti gedir. İndiki məqamda BMT-nin faydalı fəaliyyət göstərməsi mümkün deyil. Təşkilat bugünə qədər heç bir problemin müsbət həllinə nail olmayıb. Uzun illərdir davam edən münaqişə ocaqları hələ də qalmaqdadır”.
S.Cəlaloğlunun sözlərinə görə, təşkilat yeni dünya düzəninə uyğun qurulmalıdır:
"Yeni dünya düzəni avropalıların dediyi kimi "mədəniyyətlərarası qarşıdurma erası” adlanır. Müasir dövrdə islam və xristian dövlətlərinin normal münasibətlərini tənzimləyə biləcək ortaq beynəlxalq normalar müəyyən olunmalıdır. Məsələn, separatizm, terrorizm, korrupsiya, kibercinayətlər və s. məsələlərdə yeni tənzimləmələr gətirilməlidir.
BMT-nin ümumi qətnamələri artıq köhnəlib. Dünyada yeni qlobal problemlər ortaya çıxıb. Ancaq bu problemlərlə bağlı bir dənə də olsa beynəlxalq hüquqi norma mövcud deyil. Fikrimcə, BMT ya tamamilə buraxılmalı, əvəzinə yeni qurum yaradılmalıdır, ya da köhnəlmiş hüquqi sənədlər mütləq dəyişdirilməlidir. Bununla yanaşı, təşkilati forma və idarəetmə də yenilənməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol