Bodruma gəldilər

İranlı turistlərin müasir paltarları diqqət çəkib
Tehrandan Bodruma səfər edən 152 İranlı turist tətilə gəldi. İlk dəfə təşkil edilən Tehran - Bodrum səfərində təyyarədən çıxan İranlı turistlər müasir görüntüləriylə diqqət çəkdi.
Hava limanının xarici xəttlər terminalından çıxan İranlı turistlər müasir paltarlar içində Bodrum küçələrində gəzməyə başladı. Bu ay, həftədə 1 dəfə, çərşənbə günləri qarşılıqlı olaraq Tehran - Bodrum, Bodrum - Tehran səfərlərinin ediləcəyini ifadə edən Müdir Şimşək, "Təxminən 10 ildir Tehrandan Bodruma səfərlər yox idi. Bu gün bir ilki reallaşdırdıq. Önümüzdəki aydan etibarən səfər sayını həftədə 3-ə çıxaracağıq. Bu il içərisində Bodruma 10 minə yaxın İranlı turist gələcək. Ayrıca Antaliyaya etdiyimiz əməliyyatla İranlı turist sayı 45 mini ötəcək. Bodrumdakı beş ulduzlu otellərdə tətil edəcək İranlı turistlərin Türkiyəyə olan marağı böyükdür. İranlı turistlər avtobuslarla Bodrum şəhər mərkəzində qalacaqları otellərə hərəkət edib.