Boltonun Bakıya səfəri önəmli hadisədir
09:16 16.10.2018
Arxiv
702
Ekspertlər hesab edir ki, amerikalı müşavirin Azərbaycana yanaşması, onun Gürcüstana və Ermənistana yanaşmasından fərqli olacaq
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton oktyabrın 20-dən başlayaraq Rusiyaya, Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək. Məlumata görə, regiona səfər üçün Bolton özü şəxsən təşəbbüs göstərib. Ekspertlərin fikrincə, Tramp özünün təhlükəsizlik məsələləri üzrə müşavirini regiona göndərməklə Cənubi Qafqazın ölkəsi onun üçün böyük əhəmiyyət daşıdığını göstərmək istəyir.
Yəni səfər Vaşinqtonun regionla bağlı ciddi planları ilə əlaqəli ola bilər. Lakin Bolton daha çox enerji daşıyıcıları və İranla bağlı sərt mövqeyinə görə tanınır. Odur ki, onun Cənubi Qafqaza səfəri zamanı əsasən bu məsələlərin müzakirə olunacağı istisna deyil. Boltonu İsrailə böyük simpatiyası olan islamafob kimi də səciyyələndirirlər. Politoloqların ehtimallarına görə, Ermənistana səfəri zamanı Bolton İrəvanın Suriyadakı humanitar missiyada iştirakını müzakirə edə bilər. Ermənistandan fərqli olaraq, Azərbaycan və Gürcüstan ABŞ-la daha dərin əməkdaşlığa sahibdir. Boltonun regiona səfərində əsas müzakirə mövzusunun ABŞ-ın bu ölkələrə yönəlik xarici siyasəti olacağı ehtimalı böyükdür. Bu mənada Boltonun Azərbaycana səfəri mühüm önəm kəsb edir. Bakı səfəri zamanı Avropanın enerji təminatının diversifikasiyası, Azərbaycanın bu məsələdə rolu, həyata keçirilən layihələrin indiki vəziyyəti və bununla bağlı perspektivlər müzakirə edilə bilər.
Amerika rəsmisinin bölgəyə səfərini "Şərq”ə şərh edən siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, Bolton ABŞ siyasətində, xüsusən Tramp Administrasiyasında önəmli fiqurdur. O, ölkənin xarici siyasətini formalaşdıran mühüm şəxslərdən biridir:
"Boltonun İrana və Rusiyaya olan mövqeyi hamıya məlumdur. Səfərin əsas mövzularına nəzər saldıqda isə hesab edirəm ki, Boltonun dörd ölkəyə ziyarətinə kompleks yanaşmaq düzgün deyil. Çünki ayrı-ayrı səfərlərdə ikitərəfli münasibətlər önəm daşıyır. Boltonla rəsmilər arasında baş tutacaq görüşlərdə bir çox məsələlər müzakirə olunacaq. Əsasən, Rusiya-İran münasibətləri, Rusiyanın Suriyadakı nüfuzu, İranın Yaxın Şərqdəki qüvvələrinin oradan çıxarılması aparılan danışıqların predmeti olacaq. Bolton Azərbaycana səfərindən sonra bir daha əmin olacaq ki, Azərbaycan Amerika üçün geosiyasi və geostrateji cəhətdən çox vacib ölkədir. Çox güman ki, qonaq Bakıda Azərbaycanın başçılıq etdiyi enerji və nəqliyyat lahyihələrinə də öz dəstəyini ifadə edəcək. Bu da rəsmi Bakı üçün çox vacib məqamdır”.
Analitik bildirib ki, Boltonun Azərbaycana yanaşması, onun Gürcüstana və Ermənistana yanaşmasından fərqli olacaq:
"Azərbaycan Rusiya ilə İran arasında yerləşir. Bu baxımdan Rusiya, ələlxüsus da İranla bağlı Bakıda ciddi danışıqlar olacaq və ABŞ rəsmisi Bakının İranla bağlı mövqeyinə aydınlıq gətirməsini istəyəcək. Boltonun Ermənistana səfəri isə o qədər əhəmiyyət kəsb etmir. Bu səfər çərçivəsində Paşinyan hökuməti ilə tanışlıq ön planda olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTİLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region