Böyük dəyişikliklər gözlənilir
21:09 26.09.2017
Arxiv
923
Zahid Oruc: “Qanunvericilik sistemində humanistləşmə cəmiyyətdə də avtomatik olaraq humanistliyi gücləndirəcək”
Milli Məclisin payız sessiyasının başlanma vaxtı məlum olub. Oktyabrın 2-də sessiyanın ilk plenar iclası keçiriləcək.
İclasın gündəliyində müzakirə olunacaq məsələlər və sessiyadakı gözləntilərlə bağlı millət vəkili Zahid Oruc "Şərq”ə danışıb. Deputat parlamentin hər zaman dövlət quruculuğunda aktiv bir şəkildə iştirak etdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, 2017-ci ilin siyasi və iqtisadi gündəliyi kifayət qədər zəngindir. Ölkəmiz bir tərəfdən mühüm beynəlxalq əlaqələrin və əməkdaşlığın içərisindədir: "Həmçinin təhlükəsizlik problemləri də çoxdur. Azərbaycan mühüm müqavilələr və sənədlər imzalamaqdadır və bütün bunların hamısında parlamentin iştirakı tələb olunacaq. Məsələn, sentyabrın 14-də yüksək bir səviyyədə reallaşmış yeni əsrin neft müqaviləsi qanunverici orqan tərəfindən ratifikasiya olunmalıdır və yalnız bundan sonra müqavilə yüksək hüquqi məna daşıyacaq. Eyni zamanda ölkəmizdə istər dövlət idarəetmə sistemində, istərsə də maliyyə sektorunda, iqtisadi sahələrdə çox böyük işlər tələb olunur. Bunlar demək olar ki, ölkə başçısının siyasi fəaliyyətinin hər gün əsasını təşkil edir”.
Z.Oruc həmçinin qanunvericilik sistemində böyük dəyişikliklərin gözlənildiyini bildirib:
"Hətta mən bunları tarixi yeniliklər hesab edirəm. Bu, bütövlükdə hüquq təfəkkürünü və sistemini, vətəndaş-dövlət münasibətlərini dəyişəcək hadisələrdir. Cinayət qanunvericiliyində dekriminallaşma ilə bağlı artıq layihə təqdim olunub və sessiyanın gündəliyinə salınıb. Düşünürəm ki, bu çox qısa bir müddətdə aparılacaq, yaxşı müzakirələr vasitəsilə qanunvericilik sisteminin tərkibinə çevriləcək və avtomatik olaraq on minlərlə insanın həyatını əhatə edəcək. Biz başa düşməliyik ki, qanunvericilik sistemində humanistləşmə cəmiyyətdə də avtomatik olaraq humanistliyi gücləndirəcək. Bu nöqteyi-nəzərdən müzakirə olunacaq çoxlu məsələlər var. Hər bir parlament üzvünün hüququ var ki, birinci islahatda gündəliyə müxtəlif təşəbbüslərlə çıxış eləsin.
Qanun yaradıcılığı ilə bağlı, eləcə də müxtəlif siyasi təkliflərimizin səslənməsi mümkündür. Mən təxminən 6-7 məsələ üzərində öz mövqeyimi birinci iclasda təqdim edəcəm. Hesab edirəm ki, parlamentin aktiv bir formada fəaliyyət aparmasına ciddi ehtiyac var. Onsuz da dövlətin yürütdüyü siyasətin hər zaman episentrində Milli Məclis olub. Millət vəkilləri bunu başa düşür və qarşıdakı zamanlarda istər regional, beynəlxalq, istərsə də ölkədaxili məsələlər mühüm bir hakimiyyət qolu kimi parlamentin aktiv platformada fəaliyyət göstərməsini bizdən tələb edəcək”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya