"Böyük Quruluş Partiyasının Prezident seçkisində iştirak ehtimalı böyükdür"
11:58 08.11.2017
Arxiv
574
Fazil Mustafa: "Prezident seçkilərinə namizəd adətən partiyanın sədri olur"
"Böyük Quruluş Partiyası (BQP) hər zaman seçki prosesinə hazırdır və istənilən seçkilərdə iştirak etmək niyyətindəyik”.
Bunu "Sherg.az”a 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı danışarkən BQP-nın başqanı, millət vəkili Fazil Mustafa deyib.
O bildirib ki, prezident seçkilərində mütləq partiyanın tanıtımı, uğur qazanması baxımından iştirak etmək lazımdır:
"Ona görə, seçkilərdə iştirak etməyimizlə bağlı ehtimal böyükdür. Lakin hələ qərar vermək tezdir, çünki yanvar ayının ilk günlərindən sonra məsələyə qayıdacağıq. İlin əvvəlindən artıq yerlərdə müzakirələr aparılacaq, bundan sonra addımlarımız müəyyən olunacaq.
Prezident seçkilərinə namizəd adətən partiyanın sədri olur. Yaxud kənar namizədlərdən kiminsə dəstəklənməsi nəzərdə tutulur. Ona görə, bu məsələdə hələ müəyyənlik yoxdur.
Regionlarda ancaq partiya xətti ilə ictimai rəy sorğusu, insanların partiyaya, partiya liderinə münasibəti aydınlaşdırılır. Aparılmış sorğular əsasında hansı rayonda gücümüzün nə dərəcədə olduğunu təhlil edirik. Bu istiqamətdə daim işlərimiz gedir”.
Qeyd edək ki, 2018-ci il oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan 8-ci rəsmi ümummilli seçki olacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət