Brüsseldə iki metrostansiya partladıldı: 10 ölü, onlarla yaralı -




Brüsseldə daha bir metrostansiyasında partlayış baş verib.
Lent.az-ın Lenta.ru-a istinadən məlumatına görə, budəfəki partlayış şəhərin "Ar-lua” metrostansiyasında qeydə alınıb. Hadisənin təfərrüatları hələ bəlli deyil.
***
İlkin məlumatlara görə, metroda baş verən partlayışda 10 nəfər ölüb. Xeyli sayda yaralı var. Bu hadisənin də terror aktı olduğu ehtimal edilir. Rəsmi təsdiq yoxdur.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Brüsseldəki bütün metrostansiyalar, məktəblər və uşaq bağçaları bağlanıb.
**
12:40
Belçikada bu gün şok üstünə şok yaşanır. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, səhər saat 8 radələrində paytaxt Brüsseldəki Beynəlxalq Hava Limanında baş verən partlayışdan sonra daha bir belə hadisə metrolardan birində yaşanıb.
Bildirilir ki, Avropa İttifaqı qurumlarının yerləşdiyi əraziyə yaxın metrostansiyalardan birində baş verən partlayışda xeyli sayda yaralı var.