"Ermənilərin bu cür mafioz işlərlə məşğul olması qeyri-adi deyil".
Bu sözləri Sherg.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Oruclu erməni mərc mafiasının Avropadakı cinayətlərindən danışarkən deyib. Ə.Oruclunun sözlərinə görə, ermənilər hər zaman hər yerdə cinayətlə məşğul olublar:
"Xaricdə mafia quran ermənilər, cinayət işləri törədən Ermənistan vətəndaşları əsasən diaspor təmsilçiləridirlər. Demək ki, onların arxasında təcavüzkar Erməni dövləti dayanır. İdman mərc oyunlarını almaq, qeyri-qanuni yolla Almaniyaya, Belçikaya, İsveçrəyə ziyan vurmaqları təbii haldır. Bundan əvvəl də Almaniya mətbuatı erməni mafiozlarının digər cinayət əməlləri haqqında silsilə araşdırmalar ortaya qoydular. Onlar nəinki idman mərc oyunları ilə bağlı, kredit şəbəkəsi yaradaraq da xeyli cinayət əməli törədiblər. Bu çirkli və cinayət yolu ilə yolla qazandıqları pulları onlar Qarabağ separatçılarına ötürürlər, separatçı Ermənistanın ayaqda qalmasına sərf edirlər. Artıq hesab edirəm ki, Almaniyanın da digər Avropa ölkələrinin də gözləri açılıb. Bu cinayətkar qruplarla, separatçıları dəstəkləmək üçün cinayət törədərək pul qazanan lobbiçilərlə, bu lobbiçilərin puluna uyaraq Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən avropalı bəzi siyasətçilərlə bağlı lazımi ölçü götürüləcək. Məncə artıq bütün Avropa ölkələri araşdırmalar aparmalıdırlar, erməni mafiasının cinayətlərini üzə çıxarmalıdırlar”.
Qeyd edək ki, Almaniyanın ARD ictimai televiziyasında 19 dekabr tarixində efirə getmiş "Mərc mafiyası: Almaniya və mütəşəkkil futbol cinayətkarlığı” sənədli filmi və həmin televiziyanınc sportschau.de idman xəbərləri saytında dərc olunmuş "Erməni mərc mafiyası Almaniyada da fəaliyyətdədir” başlıqlı məqalədə Almaniyadakı erməni mafiya şəbəkəsinin idman mərclərinin manipulyasiyası yolu ilə gəlir əldə etməsi barədə xəbər verilir. Məlumatlarda qeyd edilir ki, erməni mafiyası mütəşəkkil cinayətkarlığın ən qorxunc və ən təhlükəli qruplaşmalarından hesab olunur və bu şəbəkə bütün Avropada, o cümlədən Almaniyada fəaliyyət göstərir. Vurğulanır ki, bu cinayətkar şəbəkə o cümlədən futbol, həndbol, basketbol, voleybol, tennis və digər idman oyunları üçün keçirilən mərclərdə qanunsuz manipulyasiyalar etməklə gəlir əldə edir.
Anar