Bu da Amerika: Ərini öz qızına təcavüz etdirdi





ABŞ-da bəlkə də ən qorxunc cinsi istismar hadisələrindən biri yaşandı. Bir uşaq da istəyən və artıq uşaq sahibi ola bilməyən 33 yaşındakı bir qadın, həyat yoldaşını zorla 15 yaşındakını qızına təcavüz etdirdi. Misty Machinshok internetdən tanış olub evləndiyi Gary Machinshoku öz qızına dəfələrlə təcavüz etdirdi. Təcavüzün səbəbi isə qadının bir uşaq da istəməsidir.

Gary Machinshok da arvadının təşviqiylə 15 yaşındakı qız uşağına 2013-cü ildə bir neçə gün təcavüz etdiyini qəbul etdi. Hadisənin ən qorxunc detalı isə qadının təcavüz əsnasında qızının əlini tutması, hətta onlara qızının hamilə qala bilməsi üçün ideal mövqelər mövzusunda istiqamətləndirməsi olub. 29 yaşındakı Gary Michinshok həyat yoldaşının 11 yaşındakı qızını da təcavüz etdiyini etiraf etdi. İki qız uşağı dövlət tərəfindən qoruma altına alındı. Ana 15 il həbs cəzasına məhkum oldu. Gary Michinshok isə 15 və ya 30 il arasında cəza alınması üzrə mühakimə olunur.