Bu gün Etimad Əsədovun doğum günüdür - 55 İLLİK ŞƏRƏFLİ ÖMÜR YOLU
15:08 20.12.2018
Arxiv
1038
Bu gün qazi Etimad Əsədovun 55 illik yubileyidir
Qaziler.az bildirir ki, Əsədov Ehtimat Savalan oğlu 1963 - cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənd orta məktəbini bitirib.
1982-84 – cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.
1991 – ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, şəhid Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə, mart ayının 10-da Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb, bir ayağını itirib.
1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən vəfat edənə qədər isə "Qarabağ qaziləri” İctimai Birliyinin sədri olub.
2003-cü ilin oktyabrında apardığı mübarizəyə görə həbs olunub. 2005-ci ilin yazında həbsdən azad edilib.
Qarabağ əlilləri, şəhid ailələrinin həyat şəraitini yaxşılaşdırmaq üçün bir çox hüquqi aktların təşəbbüskarı və müəllifi olub. Azərbaycan Prezidenti Heydər Əliyevin 26 avqust 1994-cü il tarixində imzaladığı 193 saylı fərmanı birbaşa E.Əsədovun xidməti sayəsində meydana çıxmışdı.
Ali təhsilli idi.
Özündən sonra iki övladı – Fidan adında qızı, Əli adında oğlu əmanət qalıb.
Xatırladaq ki, "Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov bu il oktyabr ayının 16-da vəfat edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya