"Bu işin ağası Rusiyadır" - Açar Kremldədir...
08:49 20.11.2017
Arxiv
759
Zərdüşt Əlizadə:"Dağlıq Qarabağ münaqişəsini Rusiya yaradıb, bölgədə dərin ədavət ocağı təşkil edib və dondurub"
"Mən bu cür səfərlərə, görüşlərə əhəmiyyət vermirəm”.
Bu barədə "Sherg.az”a Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşünün nəticələrindən danışarkən politoloq Zərdüşt Əlizadə bildirib.
O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsini Rusiya yaradıb, bölgədə dərin ədavət ocağı təşkil edib və dondurub:
"Beləliklə, həmin münaqişə vasitəsilə bölgədə azı 3 ölkəyə nəzarət edir. Mövcud durumu dəyişmək, münaqişəni həll etmək Rusiyaya əl vermir. Bu işin ağası Rusiyadır. Belə şəraitdə nə gözləmək olar?
Rusiya münaqişə üzərində və münaqişəyə cəlb edilmiş ölkələr üzərində öz nəzarətini gücləndirmək istəyir. Ona görə, ordusunu Qarabağa salır. Qarabağı Abxaziya və Osetiya kimi etmək istəyir. Gələcəkdə ondan asılı olmayan səbəblərdən hansısa dəyişiklik baş verərsə, əlavə qoşun yeridəcək.
Qeyd edək ki, mətbuata qapalı keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki səylər və nazirlər arasında görüşün mümkünlüyü müzakirə olunur.
Xatırladaq ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə