Bu işin arxasında PKK-da ola bilər

Məşhur prokuroru öldürmək istəyənlər siyasi maraqlar güdürlər


Türkiyənin İstanbul şəhərində silahlı insident baş verib. Naməlum şəxslər tanınmış prokuror Evliya Çalışkanın avtomobilinə silahlı hücum təşkil ediblər. Hadisə zamanı prokuror maşının içində olub.
Maşını odlu silahlardan atəşə tutan cinayətkarlar hadisə yerindən qaçıblar. Türkiyə polisi prokurora sui-qəsd hazırlayan şəxslərin saxlanılması istiqamətində əməliyyatlara başlayıb.

Məlumat üçün bildirək ki, ölümlə üzləşən prokuror erməni jurnalist Hrant Dink cinayətində, Milli
İstihbarat Təşkilatının (MİT) tırlarının saxlanılmasında, həmçinin, gündəmə damğasını vuran FETÖ
üzvlərinin istintaq işində mərkəzdə dayanan şəxs olub. Ekspertlərə görə, Evliya Çalışkanın sui￾qəsdə məruz qalmasının arxasında Fətullah Gülən tərəfdarları ilə yanaşı, digər terrorçu qruplar da
ola bilər. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, qardaş Türkiyədə
aranı qarışdırmaq istəyən qüvvələrin sayı həddindən artıq çoxdur. Ekspertin fikrincə, bu sui-qəsdin arxasında ciddi siyasi məqamlar durur: "Mühüm cinayətlərin araşdırılması ilə məşğul olan məşhur bir prokuroru öldürmək istəyənlər siyasi maraqlar güdürlər. Həmin qüvvələr aldıqları əmrə əsasən bir çox hüquq adamlarına, vəzifəli şəxslərə sui-qəsdlər təşkil edirlər. Yəni ortadakı "maneəni” buşəkildə aradan götürməyə çalışırlar. Mən Evliya Çalışkan sui-qəsdində PKK-nı ön plana çəkmək
istəyirəm. Çünki buna oxşar hadisələr dəfələrlə PKK tərəfindən törədilib. Təəssüflər olsun ki,
terrorçular ölkənin istənilən şəhərində planlarını gizli şəkildə həyata keçirə bilirlər”. Politoloq
bildirib ki, hadisədə İŞİD mənsublarını da gözardı etmək olmaz: "İŞİD-çilər İstanbulu hədəf
alacaqlarını bəyan ediblər və bir neçə dəfə terror törədiblər. Təbii ki, ciddi ehtimallardan biri bu işi
FETÖ üzvlərinin etməsidir. Versiyalar çoxdur, amma hər halda bu işin arxasında Türkiyəni
istəməyən qüvvələr dayanır. Hətta hesab edirəm ki, sui-qəsddə müəyyən ölkələrin də barmağı ola
bilər”.

İsmayıl