Bu qərar şəhid anasının ürəyincədir: " Prezident bizim təəssübümüzü çəkir"





"Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinə hər zaman layiqli qiymət verir, bizə daim dəstək göstərir, bizim təssübümüzü çəkir".

Bunu "Sherg.az"a Sabirabaddan olan şəhid Süleymanov Vahid Fətiş oğlunun anası Süleymanova Laləzar Əlabbas qızı söyləyib.

O diqqətə çatdırıb ki, ölkə başçısının bu nəcib addımı bütün şəhid ailələrinin ürəyincədir:

"Allah prezidentimizə möhkləm can sağlığı, uzun ömür versin ! Şəhid ailələrinə 11 min manat ödəmənin verilməsinə dair qərarın bizə çox böyük köməyi oldu. Bu dəstək bizim sosial müdafiəmizi gücləndirir. Prezident İlham Əliyevə və xanımı Mehriba Əliyevaya minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Və artıq bu ödmələrə start verilib.

Ayyət Əhməd