Bu qərardan sonra Avropanın Azərbaycana təzyiqləri artacaqmı ?
14:52 11.01.2018
Arxiv
968
Tahir Kərimli:"Gələcəkdə ola bilər, siyasi ittihamlar artsın, Azərbaycan qanunvericiliyinin beynəlxalq qanunvericiliyə uyğun olmaması haqqında bəyanatlar səsləndirilsin"
"Azərbaycan Respublikasının Konstitusiyasına əsasən konstitusiya və referendumla qəbul edilən aktlar istisna olmaqla beynəlxalq hüququn bütün Azərbaycan qanunlarından üstünlüyü təmin edilir”.
Bu barədə "Sherg.az”a Azərbaycanda Avropa məhkəməsi qərarlarının icrasının dayandırılması ilə bağlı danışarkən millət vəkili Tahir Kərimli bildirib.
O qeyd ki, qanunun qəbulunda indiyə qədər bir sıra hallar baş verdiyindən qanun dəyişdirilməsi gündəmə gəldi:
"Bundan əvvəl Rusiya hökuməti tərəfindən də oxşar addım atıldı. Dəyişikliklərdə qeyd edilirdi ki, əgər beynəlxalq məhkəmələrin, təşkilatların qərarları Rusiya qanunvericiliyi ilə ziddiyyət təşkil edirsə, hökumətin qərarların icrasını ləğv etmək ixtiyarı var. Həmin analogiya Azərbaycanda da insan haqları məhkəmələrinin və digər instansiyalarının qərarlarının ölkəmizdə tətbiqi ilə bağlı təklif edilir. Beynəlxalq instansiyalar tərəfindən dəfələrlə bu məsələdən istifadə edərək təzyiqlər göstərilib. Ona görə, bu cür qanunun qəbul edilməsi zəruridir.
Hesab edirəm ki, belə qanun qəbul olunacaqsa, yalnız insan haqları ilə bağlı məhkəmə qərarlarına aid edilməməlidir. Bütün beynəlxalq məhkəmələrin qərarlarına ehtiva olunsun. Həmçinin ola bilər, bizi Ermənistanla bağlı haqsız məhkəmə qərarının icrasına məcbur etsinlər. Bu baxımdan qeyd edilən dəyişikliyin bütün beynəlxalq qərarlara aid edilməsi zəruridir.
Hələlik bu məsələ müzakirə olunur. Dövlətin bu məsələdə haqlı tərəfləri odur ki, beynəlxalq instansiyaların qərarlarından əziyyət çəkirlər, hökumətə və dövlətə qarşı ciddi təzyiqlər olur. Digər tərəfdən Azərbaycanın qəbul etdiyi öhdəliklərə əsasən beynəlxalq qərarların icrası məcburiliyi var”.
T. Kərimli bu qərarın qəbulundan sonra Avropanın Azərbaycana qarşı təzyiqlərinin artacağına da toxunub. O diqqətə çatdırıb ki, Azərbaycan tərəfi milli qanunvericiliyə görə ittiham oluna bilməz:
"Çünki milli qanunvericilik üstün mövqeyə keçir. Ancaq indiki vəziyyətdə Azərbaycan beynəlxalq təşkilatlar qarşısında öhdəliklər qəbul edib və beynəlxalq qanunların üstünlüyünü vurğulayıb. İndiki şəraitdə beynəlxalq təşkilatlar buna əsaslanıb hüquqi baxımdan təzyiqlər edir. Gələcəkdə ola bilər, siyasi ittihamlar artsın, Azərbaycan qanunvericiliyinin beynəlxalq qanunvericiliyə uyğun olmaması haqqında bəyanatlar səsləndirilsin. Buna rəğmən, Azərbaycan tərəfini məcburedici qərarlarla təhdid edə bilməyəcəklər”.
Qeyd edək ki, iki ildir, müzakirəsi təxirə düşən dövlətarası orqanın qərarının Azərbaycan tərəfindən icrasının mümkün olub-olmamasına qərar vermə ilə bağlı hüququ nəzərdə tutan qanun layihəsi bu ilin yaz sessiyasında Milli Məclisdə (MM) müzakirəyə çıxarılacaq.
"İnsan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının Azərbaycan Respublikası tərəfindən icrasının mümkünlüyü məsələsinin həlli haqqında” Konstitusiya qanunu layihəsi MM-in 2018-ci il yaz sessiyasında işlər planına daxil edilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm
ABŞ Xəzər dənizində İranın qarşısını belə alacaq
20:24 07.11.2026
Dünya
Oskar mükafatlı rejissor evində ölü tapıldı
20:11 07.11.2026
Hadisə
8 nəfəri öldürən şəxsin silahı 12 min lirəyə aldığı məlum olub
20:03 07.11.2026
Hadisə