Bu quşları daha görməyəcəyik!
Yusif Nəzərli
03:30 21.10.2021
Arxiv
817
Həyəcan təbili çalınır, quşların hər 5 növündən biri yox olacaq
Aparılan elmi araşdırmalara görə, Avropada quşların hər 5 növündən biri yox olmaq təhlükəsi ilə üz-üzədir. Qardaş Türkiyədə də vəziyyət ürəkaçan deyil. Türkiyə ərazisindəki 491 quş növündən 52-si yox olmaq təhlükəsi altındadır. Üstəlik, bu quşlar arasında şəhərlərdə, həyatı insanlarla birgə paylaşan, hamının rast gəldiyi, hər gün seyr etdiyi növlər də var. “Şərq” “Milliyyet.com”a istinadən xəbər verir ki, quşların hərəkətliliyini müşahidə etmək məqsədilə yaradılmış Avropa Quşları Qırmızı Siyahısı hesabat dərc edib. Siyahıda qeyd edilən nəticə təəssüf doğurur. Məhz bu nəticəyə görə hər 5 quş növündən biri yaxın zamanlarda yox olacaq. Bu təhlükə Türkiyə üçün də keçərlidir. Türkiyə xeyli sayda müxtəlif quş növləri ilə yanaşı, bəzi quş növləri üçün yeganə ev sahibidir. Türkiyə quşların köç yolları üzərində yerləşir. Bununla yanaşı ölkə daxilində köç edən quşlar da var. Məsələn, qartal və şahinlər, həmçinin leyləklər cənuba doğru səfər edir və yolçuluq əsnasında İstanbul boğazında dincəlirlər. Sonra isə Anadoludan keçərək Hataya doğru yol alırlar. Bu quşların köçü yaz aylarında baş tutur. Köçəri quşların digər yol marşrutu isə Artvindən keçir. Şərqi, cənubi Avropa və Orta Asiyadan gələn yüzlərlə növ quşun istirahət yeri məhz Artvindir. Onlar da sonra Hatay və Qaziantepə doğru yola davam edirlər. Leylək, göyərçin, fırlanğıc, qartal, pelikan kimi çoxsaylı quşlar Avropa və Asiyadan Afrikaya doğru yolçuluqları zamanı Türkiyədə dincəlir. “KUŞMER” mərkəz müdiri, doktor Emrah Çelik bildirir ki, Dünya Təbiət və Təbii Qaynaqları Müdafiə Birliyi təqribən 38 min 500 quş növünün yox olmaq təhlükəsi ilə üzləşdiyini qeyd edib. Bu haqda araşdırma aparılmış quş növlərinin 28 faizini təşkil edir. Türkiyədə də yaxın zamanda qu quşu, qaz və ördəklər, həmçinin sahil yırtıcı quşları da yox ola bilər. Təhlükəni önləmək üçün ekosistemin sululuq faizi yüksək saxlanmalıdır. Quraqlıqlar quşların ölümünə və nəsil kəsilmələrinə səbəb olacaq. Bu təhlükə susevər quşlarla yanaşı quraqlıq quşlarına da aiddir. Çünki su bütün canlılar üçün həyat qaynağıdır. Ekosistemi pozansa insanların təbiəti məhv etməsi, insanların yaşam əhatəsinin getdikcə genişlənməsidir. Qadağan edilmiş ovçuluq və ticarət maraqları da quşların məhv olmasını sürətləndirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror biznesmen sevgilisini şantaj edən qadına cəza istədi
13:47 14.07.2026
Hadisə
Konstitusiya Məhkəməsinin 28 illiyi münasibətilə tədbir keçirildi
13:25 14.07.2026
Gündəm
IV Şuşa Qlobal Media Forumu başa çatdı
13:17 14.07.2026
Media
Moldova Rusiya səfirini XİN-ə çağırdı
13:09 14.07.2026
Dünya
Yol polisi sürücülərə xəbərdarlıq etdi
12:50 14.07.2026
Cəmiyyət
Çempionlar Liqası: “Sabah” cavab matçına çıxır
12:45 14.07.2026
Futbol
Hikmət Hacıyev Şuşada D-8-in nümayəndə heyəti ilə görüşüb
12:40 14.07.2026
Siyasət
Əliyev və Pelleqrini işğal dövründə güllələnmiş büstlərə baxıblar
12:29 14.07.2026
Rəsmi
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
12:23 14.07.2026
Siyasət
Kardioloq ürək sağlamlığını qorumağın 5 əsas yolunu açıqlayıb
12:17 14.07.2026
Sağlamlıq
Çox yüngül uçuş aparatlarının uçuş qaydaları müəyyənləşəcək
11:59 14.07.2026
İnfrastruktur
Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edilir
11:52 14.07.2026
Sosial
Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq
11:27 14.07.2026
Gündəm
Ölkədə Media və Yayım Şurası yaradıldı
11:20 14.07.2026
Media