Dəmirəl saxladığı quşlara illik 10 - 15 min lirə pul xərcləyir
Vanın İpekyolu mahalında təxminən 50 ildir hobbi kimi göyərçin saxlayan Eyüp Dəmirəlin (60) hinində 100 min TL dəyərində göyərçin var.
Türkiyədə ən uzun müddət havada qalma özəlliyinə sahib Van göyərçinlərini saxlayan və kütləvi alış- verişini edən 60 yaşlı Eyüp Dəmirəl, uşaqlığından göyərçin hobbisini 50 illik bir ehtirasla davam etdirir. İpekyolu qəsəbəsində iş yerinin çardağını quşlar üçün xüsusi bir hin edən Dəmirəl, burada saxladığı quşlara illik 10 - 15 min lirə pul xərcləyir.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, göyərçinləri cüt satışa təqdim edən Dəmirəl, uzun uçuş özəlliklərinə görə quşlara 3 ilə, 15 min TL arasında dəyər qoyub. Göyərçinləri özü hazırladığı xüsusi yemlərlə bəsləyən Dəmirəl, satışa təqdim etdiyi hər cüt quş üçün zəmanət də verir.
Jurnalistlərə açıqlamasında Eyüp Dəmirəl deyib ki, Van göyərçinlərinin uzun müddət uçuş etmələriylə tanınır: "Bu qəhvəxanada Van quşlarını çölə öyrədirik. Van quşlarının ən əhəmiyyətli xüsusiyyəti, zaman olaraq çox havada qalmasıdır. Əlimdəki quşların qiyməti isə 10-15 min civarındadır. Quşları cüt olaraq satırıq və əldə edilən bala quşları təkrar satın alırıq. Bu quşların müştəriləri bura gəlib cüt quşlar alırlar " deyib.
Göyərçinləri zəmanətlə satdıqlarını və uçmadıqları təqdirdə geri götürdüklərini dilə gətirən Dəmirəl, "Hər il festivallar təşkil edirik. Festivalda təşkil etdiyimiz yarışma gərəyi, saat 09.00-da uçurduğumuz bir quşun saat 17.00-da yerə enməsi məqbuldur. Bu saat nə qədər uzansa o quşun dəyəri o qədər yüksələr. Digər tərəfdən festivallar çərçivəsində göyərçin gözəllik yarışmalarımız da olur. Festivallarımız ətrafdakı şəhərlərdən gələnlərin də marağına səbəb olur " deyə bildiri.
Turan