"Ona görə ki, Kreml əleyhinə bu gün Ermənistanda geniş təbliğat aparılır. Hətta Rusiyanın Ermənistanda bazasının çıxarılması şüarları irəli sürülür. Bundan əlavə, Paşinyanın siyasəti qərbpərəstdi. Putin Paşinyanın siyasi vədlərinə inanmır. Digər tərəfdən Paşinyan Rusiyanın əsas siyasi dayağı olan Putinin siyasi iradəsinə zidd olaraq "Qarabağ klanı"na qarşı siyasi repressiya həyata keçirir. Paşinyan ölkəsində tam anti-Rusiya meyilli hakimiyyət formalaşdıraraq, Kremlin ölkəsində mövqeyinin zəifləməsi istiqamətində siyasət aparır.
"Bu, Rusiyanın Ermənistana enerji təzyiqidir" - Ziddiyətlər dərinləşəcək
07:54 03.01.2019
Arxiv
502
"Ermənistanla Rusiya arasında siyasi münasibətlər "məxməri inqilabdan" sonra kifayət qədər gərgin xarakter alıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, parlament seçkilərindən sonra Paşinyanın Rusiya səfəri əsasən, iki ölkə arasında problemlərin həllinə köklənmişdi. Amma, Paşinyan bu görüşdə Putindən gözlənilən dəstəyi almadı:
"Ona görə ki, Kreml əleyhinə bu gün Ermənistanda geniş təbliğat aparılır. Hətta Rusiyanın Ermənistanda bazasının çıxarılması şüarları irəli sürülür. Bundan əlavə, Paşinyanın siyasəti qərbpərəstdi. Putin Paşinyanın siyasi vədlərinə inanmır. Digər tərəfdən Paşinyan Rusiyanın əsas siyasi dayağı olan Putinin siyasi iradəsinə zidd olaraq "Qarabağ klanı"na qarşı siyasi repressiya həyata keçirir. Paşinyan ölkəsində tam anti-Rusiya meyilli hakimiyyət formalaşdıraraq, Kremlin ölkəsində mövqeyinin zəifləməsi istiqamətində siyasət aparır.Belə olan təqdirdə təbii ki, Putin Paşinyanın siyasi dəstək verməyəcəkdi. Hər iki şəxsin siyasi baxışları bir-birlərinə ziddir. Məhz Putinin bu görüşdən dərhal sonra həbsdə olan eks-prezident Koçaryana yeni il təbriki ünvanlaması, bu şəxsin Paşinyandan daha çox Rusiya üçün önəmli fiqur olduğunun mesajıdır. Həmçinin Putin Paşinyana bununla deyir ki, mənim dostumu mütləq həbsdən azad etməlisən".
Analitik bildirib ki, bu görüşdə səmimi görüntülərin olması protokol xarakterli idi:
"Putin seçkilərdən dərhal sonra rəsmi təbrik məktubu göndərməyib. Görüş əsnasında Putinin şəxsi dilucu təbriki Rusiyanın rəsmi şəkildə təbriki deyil. Bu, onu göstərir ki, Putin Paşinyanın iqtidarda qalmasında maraqlı deyil.
Danışıqlarda demək olar ki, prinsipial məsələlərdə razılaşma əldə olunmayıb. Bu əsasən, Ermənistan üçün həyati əhəmiyyət olan qazın qiymətinin stabil saxlanılması, yaxud aşağı salınmasıdır. Göründüyü kimi Putin Paşinyana qazın qiymətində güzəştə getmədi. Paşinyanın məhz səfəri qazın qiymətinin aşağı salınmasına hesablanmışdı. Putin buna getməyərək, Paşinyana daxili etirazların formalaşması üçün zəmin yaratdı. Bu, Rusiyanın Ermənistana enerji təzyiqdir. Növbəti aylarda iki ölkə arasında siyasi ziddiyətlər dərinləşməyə doğru gedəcək.
Ümumiyyətlə, bu görüşdə Putinin Paşinyana münasibəti dostcasına deyildi. Baxmayaraq ki, Putin Ermənistanı müttəfiq dövlət adlandırdı.Bu, Rusiyanın Ermənistandan vaz keçməyəcəyi mesajı idi. Görüşdə Putinin Paşinyana münasibətində soyuqluq və inamsızlıq görünürdü. Çünki, Putin görürki, qarşısındakı anti-Rusiya siyasəti həyata keçirən, Kremlin köklü maraqlarına zərbə vuran şəxsdi".
Ismayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət