"Bu seçki xalqımızın iradəsini əks etdirdi” - Musa Qasımlı






"Azərbaycanda prezident seçkiləri tam demokratik keçirildi, bu seçki xalqımızın iradəsini əks etdirdi”.

Bu barədə "Sherg.az”a millət vəkili Musa Qasımlı bildirib. 

Deputat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident İlham Əliyevi qələbə münasibətilə ilk təbrik etməsinə təəccüblənmədiyini söyləyib:

"Bu təbiidir. Çünki Türkiyə qardaş ölkədir. Bu baxımdan Azərbaycanda keçirilən prezident seçkilərinin şəffaf və demokratik şəraitdə aparılması Türkiyə Cümhuriyyəti tərəfindən də dəstəkləndi”.

Qeyd edək ki, aprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Aysel Aslan