Büdcədə neftin qiyməti 45 dollardan götürülür





Milli Məclisdə gələn ilin büdcəsi müzakirə olunur. 

Sherg.az-ın xəbərinə görə, İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2017-ci ildə ölkənin iqtisadi siyasətində mühüm hadisələr baş verib:

"Büdcə zərfinə daxil olan məsələlər parlamentin müvafiq komitələrində geniş müzakirə edilib. Ölkədə maliyyə sabitliyi var. 2017-ci ildə dövlət maliyyə vəsaitlərini artırıb. Dövlət büdcəsinin proqnoz göstəriciləri 2017-ci illə müqayisədə 20 faiz çoxdur. Proqnoz göstəricilərinə əsasən, Gömrük Komitəsindən dövlət büdcəsinə 1 milyard 750 milyon manat köçürülməsi gözlənilsə də, 2,2 milyard manat köçürülüb. Bu ilin ilk 10 ayı ərzindən vergidən daxilolmalar 4,8 faiz artıb”. Z.Səmədzadə əlavə edib ki, əsas məsələlərdən biri dövlət büdcəsində neftin qiyməti ilə bağlıdır: "Bununla bağlı ictimai müzakirələr aparılıb. Sonda dövlət büdcəsində 1 barel neftin qiyməti 45 dollar müəyyən edilib. Bu qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcək”.

Anar