«Burada çox rahatıq, Azərbaycandan bacılar var"
IŞİD-ə qoşulan qız rəfiqəsinə mesaj yazıb
Konyada həyat yoldaşından boşanan 2 uşaq anası Xeyiriyə Telek, 17 yaşlı qızı Berfin K.ın, 3 ay əvvəl başladığı ərəb kursu əsnasında, əvvəl çarşaf, sonra da burxa geydiyini və 2 həftə əvvəl isə evi tərk edib, Suriyada terror təşkilatı IŞİD-ə qoşulduğunu söyləyir.
Özəl bir xəstəxanada çalışan Xeyiriyə Telek, 10 il əvvəl həyat yoldaşından boşandıqdan sonra qızlarıyla birlikdə yaşamağa başladı. Quran kurslarına gedib hafiz olan qızı Berfin K., 3 ay əvvəl məhəllələrində açılan ərəb kursuna davam etməyə başladı. Ana Xeyiriyə Telek, qızının ərəb kursuna getdiyi zaman bir kitabı araşdırmaq üçün mərkəz Karatay qəsəbəsindəki bir jurnala aid kitabçıya getdiyini və orada tanış olduğu yoldaşlarının təsiriylə hərəkətlərinin də dəyişdiyini izah etdi.
Çadralı olan qızı Berfinin əvvəlcə çarşaf geyməyə başladığını ifadə edən Xeyiriyə Telek, bunları söylədi:
"Qızımda son üç aydır ciddi mənada dəyişikliklər vardı. Xüsusilə davranışlarını, paltarlarını dəyişdirməyə başladı. Son bir ayda mən öz qızımı tanıya bilmirdim. Qızım normal çadralı idi, amma son zamanlarda çarşaf geyməyə başladı. Bir müddət sonra gözləri açıq olacaq şəkildə üzünü bağladı. Sonrada tamamilə üzünü bağladı, burxa geyindi, əlcək taxırdı."
Qızının əlində davamlı cib telefonu olduğunu və yanından ayırmadığını ifadə edən Hyriye Telek, qızının getdiyi kitabxanada Fatma və Həmzə adlı iki adamla tanış olduqdan sonra dəyişdiyini bildirdi.
İki həftə əvvəl işdən evə döndükdən sonra qızının evdə olmadığını fərq etdiyini ifadə edən Xeyiriyə Telek, onun vida məktubunu görüncə şok olduğunu söylədi. Anasının izah etdiyinə görə Berfin K. vida məktubunda bunları yazdı:
"'Əvvəl Tövhidi öyrəndim, sonra Allah qapılarını açdı mənə. Mən səhv bir şey etmirəm. Allah üçün bir şeylər etməyə çalışıram. «Polisə bildirsəniz nə məni görə bilərsiniz, nə onları tapa bilərsiniz."
"TUT ƏLİMİ, CİHADA GEDƏK"
Xeyiriyə Telek, etdiyi araşdırmada qızının, Həmzə adlı bir kişidən cib telefonuna gələn, "İkimiz yan-yana vuruşaq. Tut əlimi gedək cihada. Qanımızı tökək bu yolda. Canımızı verək burada" deyə səsli ilahi mesajının ardından evi tərk etdiyinin ortaya çıxdığını söylədi.
Qızının, bir rəfiqəsinə "Mən Suriyadayam. Allah üçün döyüşməyə gedirəm. Artıq kafir bayrağının altında yaşamaq istəmirəm" mesajı göndərdiyini ifadə edən Xeyiriyə Telek, ona tez qovuşmaq istədiyini söylədi.
Qızı itdikdən sonra polisə müraciət edib vəziyyəti izah etdiyini ifadə edən Telek, ancaq polislərin normal bir itkin adam kimi əməliyyat etdiklərini və kifayət qədər maraqlanılmadığını irəli sürdü.
Qızının tapılması üçün dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davutoğlundan kömək istəyən ana Xeyiriyə Telek, bunları söylədi:
"Çox çarəsizəm. Mənə kömək edin. Allah rizası üçün kim apardısa, mənə bir cavab versinlər. Mən qızımı belə böyütmədim. O çox ağıllı, ədəbli bir uşaq idi. Qızım, hər nə yaşadınsa, hər haradasansa dön. Mən sənsiz yaşaya bilmirəm. İynəylə, dərmanla ayaqda dayanıram. Qızım çox Ərdoğan və Davutoğlu pərəstişkarı idi. AKP üzvü idi. Səs yığmaq üçün qohumlarını gəzərdi. Baş nazirin mitinqlərində ön cərgələrdə yerini alardı. Nə olar, qızımı qurtarsınlar."
"ANANI AĞLATMAQ GÜNAHDIR"
Xeyiriyə Telek, "Qızım, inancım var deyirsən. Ananı ağlatmaqda günahdır qızım. Mən bitdim, tükəndim. Əlimdə şəkilin gəzirəm. Sən məndən bir saat ayrı dayana bilməzdin. İşdən gec gəlsəm, «Haradasan ana» deyə məni axtarardın quzum, qaragözlü balam nə olar evinə dön " deyərək Berfinə yalvardı.(milliyet.com)
Berfinin ən son 29 iyun günü bir rəfiqəsinə mesaj göndərdiyini izah edən Xeyiriyə Telek, bu mesajda qızının olduğu yerdə televiziya və telefonun olmadığını, gündə 2 saat elektrikin olduğunu və telefonu da o müddətdə istifadə edə bildiyini, rahat olduğunu, bol- bol axirət üçün çalışdıqlarını, xoşbəxt olduğunu ifadə etdiyini izah etdi. Anasının izah etdiyinə görə Berfin bu mesajında bunları yazdı:
"Burada şirk yox, küfr yox, tağut yox, yandaşlar buradadır. Allahın hökmləriylə hökm edilir. Burada insanlar çox çətin vəziyyətdə yaşayır. Amma heç biri şikayətçi deyil, kədərli deyil. Burada hər ölkədən, hər irqdən insanlar var. Evlərini, ailələrini buraxıb gəliblər. Sizə ara-ara yazacağam, amma telefonun işlədiyi zamanlarda. Bu nömrəni kimsəyə vermə G. Mən kimsəyə xəbər vermədən gəldim. Polisə, filan xəbər verib kimsəni narahat etməsinlər. Mən onlara söyləsəydim mane olardılar. Ona görə bilmirlər. Burada çox rahatıq, Azərbaycandan bacılar var."