"Bütün bunlar Prezidentin ordu quruculuğuna göstərdiyi diqqətin nəticəsidir" - Polkovnik

"Son illər Azərbaycanda digər sahələrdə olduğu kimi, ordu quruculuğunda dinamik inkişaf müşahidə olunur. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının qısa zaman kəsiyində yenilənib. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib və eyniz amanda ordumuz dünya orduları sıarasında 50-ci yerdə qərarlaşıb".
Bunu "Sherg.az"a ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. 
Onun sözlərinə görə, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir:
"Şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Aprel döyüşləri və Güllüt əməliyyatlarında bu keyfiyyətlərin şahidi olduq. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub".
Ekspert onu da bildirib ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Ali Baş Komandan İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir:
"Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. 
Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi. Azərbaycan xalqı öz Prezidentinə inanır və xalq işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunacağına qəti əmindir".
Ayyət Əhməd