İşğalçı Ermənistan dini məbədlərimizi, məscidlərimizi, mədəni-tarixi abidələrimizi dağıdıb
Bütün hadisələr İranın gözü qarşısında olub
21:01 21.12.2016
Arxiv
978
Həsən Ruhaninin İrəvan səfəri Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb
İşğalçı Ermənistan dini məbədlərimizi, məscidlərimizi, mədəni-tarixi abidələrimizi dağıdıb
İşğalçı Ermənistan dini məbədlərimizi, məscidlərimizi, mədəni-tarixi abidələrimizi dağıdıb
"Nəzərə almaq lazımdır ki, Ermənistan destruktiv siyasət yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən işğalçı bir dövlətdir”. Bunu İran Prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə əlaqədar açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Nazirlik rəsmisi bildirib ki, Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri ölkələrin daxili işlərinə qarışmamaqdır. Lakin rəsmi Tehran bilməmiş deyil ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi qanlı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır: "Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini, o cümlədən islam dininə aid ibadət ocaqlarını, məscidləri talan və məhv edib, təhqir obyektinə çevirib”. Məlumat üçün bildirək ki, dünən İran rəhbəri Ruhani düşmən Ermənistana səfər edib. Ruhani işğalçı ölkə başçısı tərəfindən çox mehribanlıqla qarşılanıb. İran Prezidentinin təcavüzkar Ermənistana səfərinə Azərbaycan ictimaiyyəti çox sərt reaksiya verib və etirazını bildirib.
Reallaşan səfərlə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, bu ziyarətin Azərbaycan cəmiyyətində haqlı narazılıq doğurması anlaşılan və məntiqlidir. Çünki Ruhani normal və sağlam bir ölkəyə səfər etmir:
"İran rəhbərinin getdiyi ölkə Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan düşmən dövlətdir. Ruhaninin səfər etdiyi ölkə müsəlman bir dövlət olan Azərbaycanın ərazilərini zəbt edib. Ermənilərin təcavüzkar siyasəti bir milyondan artıq qaçqın və məcburi köçkünün yaranmasına səbəb olub. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında bütün mədəni-tarixi abidələri məhv edib. İlk növbədə dağıdılan, təhqir olunan abidələr məhz dini məbədlər, məscidlər olub. Ermənilər ibadət yerlərini donuz tövləsinə çeviriblər. Bütün bunlar İranın gözü qarşısında baş verib. Ona görə də Azərbaycan ictimaiyyəti haqlı olaraq narazılıq edir ki, müsəlman İranın Azərbaycan torpaqlarını işğal edən bir dövlətə səfər etməsi, erməni rəhbərə dost və qardaş deməsi yolverilməzdir”.
Politoloq bildirib ki, iranlı siyasilər İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı tənqidi fikirlər səsləndirdilər. Ancaq iki səfər arasında müqayisə aparmaq, bunu eyniləşdirmək qətiyyən doğru deyil:
"Əgər İsrail İranın torpaqlarını işğal etmiş olsaydı, Netanyahunun Bakı səfəri heç bir halda baş tutmazdı. Cənab Prezident İlham Əliyev dəfələrlə İranın mövqeyini müdafiə edib. Azərbaycan dövləti İrana qarşı heç bir beynəlxalq maliyyə sanksiyalarına qoşulmayıb. Hətta sırf bu mövqeyimizə görə, Qərb dairələrinin təzyiqi ilə üzləşmişik. İran bilməlidir ki, Azərbaycan-İsrail münasibətləri Azərbaycan-Fələstin əlaqələrinə qəti surətdə təsir etmir. Rəsmi Bakı Fələstin dövlətinin yaranmasını hər zaman müdafiə edib. Dövlətimiz Fələstinin Azərbaycanda səfirlik açmasına razılıq verib və onun bütün maddi xərclərini öz üzərinə götürüb. Məgər İran bunlardan xəbərsizdirmi? İranın doktrinasına görə, "müsəlmanın müsəlmandan başqa dostu yoxdur”. Bəs onda rəsmi Tehran niyə müsəlman dövləti Azərbaycanı yox, işğalçı Ermənistanı müdafiə edir? Təəssüflər olsun ki, İran tərəfi bu suallara cavab vermək əvəzinə düşmən ölkəyə səfər təşkil edir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol