Bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq
09:29 08.02.2017
Arxiv
466
"Hazırda Azərbaycanda ali təhsilin bakalavr pilləsi üzrə tələbələrə kreditlər verilir. Gələcəkdə digər təhsil dərəcələrinə görə kreditlərin verilməsi mümkün olacaq”.
APA-nın xəbərinə görə, bunu "Maarifçi” Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib. O bildirib ki, strateji planlara görə hansısa ixtisaslar üzrə də prioritetlər qoyula bilər: "Bu gün kreditlərin qaytarılması mexanizmi sabit qrafiklə hesablanır. Lakin bir çox ölkələrdə gəlirə bağlı olan qrafiklər, mexanizmlər mövcuddur. Bu gün bizim üçün bunu tətbiq etmək bəlkə də bir qədər tezdir. Biz bunu bir çox dövlət qurumları ilə birgə işləyib hazırlamalıyıq. Amma gələcəkdə bu mexanizmin olmasını istisna etmirik”.
İcraçı direktor əlavə edib ki, hazırda ailə başçısını, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan, sağlamlıq imkanları məhdud tələbələrə güzəştli şərtlərlə kredit verilir.
Kreditlərin faiz dərəcəsinin 8 faizdən 6 faizədək dəyişdiyini deyən R. Mahmud onun qaytarılma müddətinin 5 ildən 10 ilədək olduğunu vurğulayıb:
"Tələbəyə maksimum 7 min manat kredit verilir. Bu, sosial bir layihədir və burada tələbələrdən hər hansı zamin və ya girov tələb olunmur. Gələcəkdə tələbələrin yalnız təhsil haqqının ödənilməsi nəzərdə tutulmur. Biz bu işləri genişləndirməyi nəzərdə tuturuq. Bu, yataqxana xərcləri də ola bilər. Çünki biz rayonlardan gələn tələbələrlə ünsiyyətdə olarkən görürük ki, onların təhsil haqqından əlavə, yaşama yerləri ilə bağlı da çox problemləri olur. Bu məsələyə baxılacaq. Daha da irəlidə hansısa tədqiqat, araşdırma işlərində də kömək göstərilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və Ukrayna fondu faydalı qazıntılar üzrə ilk sazişini bağlayıb
01:21 03.10.2026
Gündəm
Türkiyə millisi yenə məğlub oldu
00:59 03.10.2026
Futbol
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol