Çavuşoğlu və Lavrov Dağlıq Qarabağı müzakirə etdilər 


Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bu barədə türkiyəli nazir özünün "Twitter" hesabında məlumat yayıb. Qətərin paytaxtı Dohada keçirilən görüş yarım saata yaxın davam edib.

Türkiyə XİN rəhbəri Suriya məsələsinə aid sabah təşkil olunacaq Türkiyə-Rusiya-Qətər üçtərəfli toplantısının detallarını müzakirə etdikləri bildirib. Görüşdə həmçinin Qarabağ məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.