Cəbhədə təlimlərin keçirilməsi çox önəmlidir
21:24 07.05.2014
Arxiv
674
Bu, bölgələrdə yaşayan vətəndaşlarımıza da mənəvi- psixoloji cəhətdən ruh yüksəkliyi bəxş edir
Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgəsindəki hərbi hissələrində döyüş hazırlığı üzrə təlim məşğələləri keçirilib. Təlimlər müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2014-cü ilin döyüş hazırlığı planına əsasən baş tutub. Cəbhənin Beyləqan istiqamətində döyüş hazırlığının təşkili üzrə səhra şəraitində keçirilən nümunəvi taktiki məşğələlərə bölük və tabor səviyyəsində şəxsi heyət cəlb olunub.
Bu təlimlərə düşmən ölkənin reaksiyası özünü çox gözlətmədi. Separatçı rejimin silahlı bölmələri dünən intensiv olaraq atəşkəs rejimini pozub. Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Berdavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Kəmərli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, orduda mənəvi, psixoloji və fiziki hazırlığın yoxlanılması böyük önəm daşıyır. Deputatın sözlərinə görə, nəzəri biliklərə yiyələnməklə iş bitmir. Biliklərin praktik nümayişi çox vacibdir: "Hərbi hissələr arasındakı əlaqə və koordinasiyanın yaxşı qurulması, hər kəsin praktiki vərdişlərə sahiblənməsi mühüm məsələdir. Cəbhə bölgələrində ordumuz hər zaman düşmənlə üz-üzədir. Burada başlıca işlərdən biri kimi peşəkarlıq tələb olunur. Kiçik bir yanlışlıq insanların həyatı hesabına başa gələ bilər. Z.Həsənov bilir ki, hər bir əsgərin və zabitin proseslərə daha yaxından bələd olması çox önəmlidir. Həmişə bunu arzulamışıq”.
Parlament rəsmisi onu da diqqətə çatdırıb ki, ordu səngərdə formalaşır: "Azərbaycan ordusu hansısa virtual müstəvidə fəaliyyət göstərmir. Ordumuz üçün real hədəflər mövcuddur. Döyüş şəraiti son dərəcə amansızdır. Ona görə bu cür məşğələləri əhəmiyyətli sayıram”.
Z.Oruc düşünür ki, belə təlimlər yalnız ordu birləşmələrinə deyil, bölgələrdə yaşayan vətəndaşlarımıza da mənəvi-psixoloji cəhətdən ruh yüksəkliyi bəxş edir: "İnamı artırır. Ordu və vətəndaş arasındakı münasibətləri daha da sağlamlaşdırır”.
Sabiq polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə bunun başqa təlimlərdən fərqləndiyini deyib: "Mayın 12-də atəşkəs rejimi barədə müqavilənin 20 illiyidir. Bu sənəd 1994-cu ildə imzalanada 20 il üçün nəzərdə tutulmuşdu. Bəziləri deyirlər ki, o sənəd indi qüvvədən düşüb. Tərəflər arasında toqquşma baş verə bilər. Ermənistan vasitəsilə Rusiya yenidən təxribatlara başlaya bilər. Amma hesab edirəm ki, sənədin müddəti uzadılacaq”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət