Cəlilabadda döyülmə hadisəsi baş verib



 

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Belə ki, kənd sakini 1984-cü il Əliyev Zaur Məhəbbət oğlu kütləvi dava zamanı döyülüb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Z.Əliyevin sözlərinə görə, o, tanıdığı şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.