Çində otel çökdü: 70-dən artıq insan dağıntılar altında qalıb

Çinin Fujian əyalətinin Quanzhou şəhərində otel çöküb.

APA-nın "Russia Today"a istinadən verdiyi xəbərə görə, otel koronavirusla bağlı karantin yeri olaraq istifadə edilib.

İndiyədək 23 nəfərin dağıntılar altından xilas edildiyi, 70-dən artıq şəxsin hələ də dağıntılar altında qaldığı bildirilib.