«Çox əziyyətlər vermişəm sənə» - Ağamalı Sadiqin xanımına məktubu
15:15 14.12.2016
Arxiv
2693
Sherg.az Azərbaycanın məşhur şair və yazıçılarının sevgi məktublarının dərcinə başlayır. Bu dəfə milli azadlıq hərəkatının liderlərindən olan, ədəbiyyatımıza «Başsız» povesti kimi dissident ədəbiyyatının nümunəsini yaratmış Ağamalı Sadiqin ömür-gün yoldaşı Nabat xanıma yazdığı məktubu təqdim edirik.
Bu məktubu Ağamalı bəy 1985-ci ildə Moskvada yazıb. Sevgi məktubuna azadlıq mücahidinin Nabat xanıma yazdığı bir şeirini də əlavə edirik.
"Mənim əzizim, iki körpəmin anası Nabat! Bu gecə elə kövrəlmişəm ki, ta səndən heç nəyi gizlətməyəcəyəm. İndiyə kimi çox əziyyət vermişəm sənə, çox. Bilmirəm, Allahsan, nəsən, (Allaha ağır getməsin), bütün günahlarımdan keçmisən. Elə olub ki, sənə qarşı laqeyd olmuşam, tənbəllik edib dalınca getməmişəm, xətrinə dəymişəm, keçmisən bütün günahlarımdan.
Sən mənim övladlarımın yox, təkcə mənim yox, bütün qohumlarımın anası olmusan. Qardaşlarım uşaqlıq edib səni başa düşməyəndə kövrəlmisən, küsmüsən, ancaq sabah yenə bağışlamısan. Mənim dar günümün təkcəsi Nabat, deyirəm: Allah mənə imkan verə, bir ürəyim istəyincə səni gəzdirəm bu dünyada, sənə laiq olam”. Moskva 1985-ci il.
Görürəm arabir gileylənirsən,
Deyirsən, kasıblıq, eh nəyimiz var?
Gülüm, səni necə inandırım mən,
Ürəyi dolunun evi boş olar.
Hamıya bir baxmaz taleyin gözü,
Kimi şirə çəkər, kimi qəm çəkər.
Sən dağlar qızısan, axı, əzizim,
Dağların zirvəsi daim nəm çəkər.
Demə boş xəyaldı bu dediklərim,
Az-çox baş tapıram dünya işindən.
Bilsəm ürəyində üşüyür yerim,
Heç zaman bu evə qayıtmaram mən.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə