Cüdo üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
11:07 10.08.2021
Arxiv
572
Azərbaycan Cüdo Federasiyasında vitse-prezident Sadıq Sadıqovun rəhbərliyi altında iclas keçirilib.
Federasiyadan "Report"a verilən məlumata görə, iclasda cüdo üzrə kişilərdən ibarət milli komandaya yeni təyinatlar olub. Pekin Olimpiadasının və açıq dünya çempionatının bürünc mükafatçısı Mövlud Mirəliyev yığmanın baş məşqçisi, Elçin İsmayılov, Elxan Rəcəbli, Şümşad Bəhramov, İlham Məmmədov və Zaur Babayev isə onun köməkçiləri təyin olunub.
Bundan sonra böyüklər və gənclərdən ibarət komandaların birlikdə məşq etməsi qərara alınıb. Yeni təyin olunan məşqçilər heyəti isə hər iki komandaya nəzarəti həyata keçirəcək.
Sadıqov federasiya tərəfindən millinin Riodan Tokioyadək dövrü əhatə edən müddət ərzində respublika və beynəlxalq səviyyəli təlim-məşq toplanışlarında iştirakının yüksək səviyyədə təmin olunduğunu qeyd edib. O, cüdoçuların bu dönəmdə keçirilən Avropa və dünya çempionatlarında, eləcə də “Böyük dəbilqə” və Qran-pri turnirlərində mübarizə apardıqlarını diqqətə çatdırıb. Vitse-prezident yeni məşqçilər heyətində yer alan mütəxəssislərin həm idmançı, həm də məşqçi kimi təcrübəyə malik olduqlarını vurğulayıb və bunun komandanın uğurlar qazanmasında önəmli rol oynayacağına inandığını bildirib. Qurum rəsmisi çıxışının sonunda yeni təyinat alan məşqçilər heyətini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Sonda yığmanın yeni baş məşqçisi Mövlud Mirəliyev onlara göstərilən etimada görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib və milli komandanın böyük uğurlara imza atacağına ümidvar olduğunu söyləyib. İclasda Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və baş katibin müavini Elnur Əşrəfoğlu da iştirak edib.
Qeyd edək ki, avqustun 2-də Tokio Olimpiadasındakı uğursuz çıxışı əsas götürülərək millinin məşqçilər heyəti bütünlüklə istefaya göndərilib. Ukraynalı baş məşqçi Ruslan Maşurenko başda olmaqla, onun bütün köməkçiləri komandadan göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq