“Cümhuriyyətə borcumuz çoxdur”
22:06 06.07.2017
Arxiv
1005
Nizami Cəfərov: “AXC qurucularının abidələrinin qoyulması vacib məsələdir”
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının Tədbirlər Planı təsdiq edilib. AMEA-dan verilən məlumata görə, qurumun vitse-prezidenti, akademik İsa Həbibbəyli 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinə dair Uİstiqlal bəyannaməsiFnin qəbul olunduğunu qeyd edərək, AXC dövründə bütün ölkə vətəndaşlarına bərabər hüquqların verildiyini, irqi, milli, dini və sinfi ayrı-seçkiliyin ləğv olunduğunu söyləyib.
Bununla yanaşı, Rəyasət Heyəti Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamın icrasından irəli gələn məsələlərin həlli və AXC-nin 100 illiyinin qeyd olunması məqsədilə Tədbirlər Planının təsdiqlənməsi haqqında qərar qəbul edib. AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institutlarda 2017-2018-ci illər ərzində yubileylə bağlı bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, məqalələr, müxtəlif kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyaların nəşri, sərgilərin təşkili Tədbirlər Planında yer alıb. Xatırladaq ki, AXC-nin yüz illik yubileyi ilə bağlı mətbuata danışan alim və tarixçilər AMEA-nın tədbirlər planında əks olunmayan digər məsələlərin də reallaşmasını təklif etmişdilər. Təkliflər arasında Cümhuriyyət qurucularına məxsus yeni abidələrin qoyulması, onların xatirəsinə parkların, xiyabanların salınması və başqa məsələlər də yer almışdı.
Mövzu ilə bağlı "Şərq”ə fikirlərini bölüşən AMEA-nın həqiqi üzvü, akademik, millət vəkili Nizami Cəfərov deyib ki, müasir Azərbaycan Respublikası AXC-nin varisidir. Bu baxımdan müstəqil dövlətimiz Cümhuriyyətin mühüm ənənələrini davam etdirir, AXC-nin bayrağını, gerbini və himnini yaşadır:
"Məlumdur ki, sovet dövründə bizə AXC haqqında düşünmək və yazmaq qadağan edilmişdi. Ona görə də Cümhuriyyətə borcumuz çoxdur. O mənada ki, əgər AXC yaşaya bilsəydi, yəni onun tarixinin və qurucularının həyatı zamanında öyrənilsəydi, mühüm şəxsiyyətlərin ruhları uca tutulsaydı, indi bu qədər çalışmağımıza ehtiyac qalmazdı. Təbii ki, 70 illik məcburi fasilə bizdən asılı olmayıb. Amma indi müstəqilik, ona görə də bir sıra işlərin görülməsi zəruridir. İşlərin çoxu dövlət səviyyəsində, yüksək formada görülüb və görülməkdə davam edir. Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı Prezidentin sərəncam verməsi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Sərəncamdan sonra M.Ə.Rəsulzadənin əsərləri çap olundu. Demək olar ki, Rəsulzadə haqqında artıq hər şeyi bilirik. Eləcə də Cümhuriyyətin digər qurucuları ilə bağlı mühüm tədbirlər həyata keçirildi”.
Akademikin fikrincə, AXC və Rəsulzadə ilə bağlı son zamanların ən mükəmməl əsərləri tanınmış professor, araşdırmaçı-jurnalist Şirməmməd Hüseynov tərəfindən hazırlanıb:
"Professor ortaya müxtəlif şərhlərlə və tənqidlərlə dolu olan bir neçə cildlik gözəl əsərlər qoyub və həmin əsərlərin geniş müzakirələri aparılıb. Əlbəttə, elmi təhlillər və tədqiqatlar da lazımdır. Geniş, ictimai təbliğat işləri aparılmalıdır. AXC qurucularının abidələrinin qoyulması da vacib məsələdir. Görünən odur ki, Cümhuriyyət dövrünə böyük məhəbbət var. Müasir milli-ictimai şüurumuzda, dövlət və cəmiyyət səviyyəsində AXC-yə böyük hörmət göstərilir. Hesab edirəm ki, Cümhuriyyətin tarixi və şəxsiyyətləri ilə bağlı dolğun təsəvvür yarada biləcək manumental abidələrin, əsərlərin hazırlanması daha yaxşı olar.
Güman edirik ki, elə də olacaq. Əsas odur ki, Cümhuriyyət bizim xalqın, cəmiyyətin ruhunda yaşasın. AXC-nin qazandığı nailiyyətləri və ziyalılarımızı qəlbimizdən, beynimizdən atmayaq. Bəzən yanlış olaraq hesab edilir ki, nə iş görməliyiksə, hamısını 100 illik yubiley ərzində mütləq etməliyik. Zənn edirlər ki, sonraya qalan işləri görmək mümkün olmayacaq. Əlbəttə, belə deyil. Bacardığımız işləri gələn ilə kimi görəcəyik, amma işimizi onunla bitmiş saymayacağıq. Yubileydən sonra da tədricən işlər görülməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya