Neftçalada marketin anbarından meyit tapılıb

Neftçalada marketin anbarından meyit tapılıb.

Sherg.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Neftçala şəhərində qeydə alınıb.

Neftçala şəhər sakini, 1998-ci il təvəllüdlü Saleh Yaşar oğlu Məmmədovun meyiti işlədiyi marketin anbarında aşkarlanıb.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.