Vinisius Junior Kriştianu Ronaldunu geridə qoydu

"Real Madrid"ın braziliyalı vingeri Vinisius Junior UEFA Çempionlar Liqasında Madrid klubunun tarixində ən yaxşı assistent olub.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, o, Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə cavab görüşündə (4:3) Kilian Mbappeyə məhsuldar ötürmə verərək, klubun bu turnir tarixindəki ən yaxşı assistenti olub.

Mbappeyə verilən məhsuldar ötürmə Vinisius üçün "kral klubu"'un heyətində Çempionlar Liqası görüşlərində 32-ci olub. Əvvəllər rekord portuqaliyalı forvard Kriştianu Ronalduya məxsus olub.