Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki əvəzsiz yerindən danışaraq konfransı tariximizin öyrənilməsində növbəti addım kimi qiymətləndirib.
“Cümhuriyyətə gedən yol” mövzusunda konfrans...
15:15 28.09.2017
Arxiv
1391
Sentyabrın 28-də Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə "Cümhuriyyətə gedən yol” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, elmi konfrans Rusiyada Fevral inqilabının, Qafqaz və Ümumrusiya müsəlmanları qurultaylarının 100 illiyinə və Bakının azad olunmasının 99 illiyinə həsr olunub.
Tədbirdə qurumun Elmi-Mədəni Mərkəzinin elm şöbəsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İradə Musayeva çıxış edərək konfransın elmi əhəmiyyətindən danışıb və bildirib ki, baş verən hadisələrdən bir əsrlik zaman ötməsinə baxmayaraq, gənc nəslin bunları bilməsi olduqca vacibdir.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı bu il mayın 16-da imzaladığı Sərəncamın əhəmiyyətini vurğulayan natiq bununla bağlı Qoruq İdarəsində tədbirlər planının hazırlandığını və il ərzində bu cür tədbirlərin bir çox qurumlarla, ali məktəblərlə əməkdaşlıq şəraitində keçiriləcəyini qeyd edib: "Bu gün konfransda ölkəmizin tanınmış alimləri, cümhuriyyət tədqiqatçıları, arxivlərdə illərlə işləyən mütəxəssislər, yeni tədqiqatçılar iştirak edirlər. Onlar maraqlı məruzələrlə çıxış edəcəklər. Bu məruzələr kitab şəklində çap edilərək təhsil müəssisələrinə paylanılacaq. İnanıram ki, bu toplu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş mühüm töhfə olacaq”.
Qoruq İdarəsinin Elmi-Mədəni Mərkəzinin direktoru Cavid Kazımov Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki əvəzsiz yerindən danışaraq konfransı tariximizin öyrənilməsində növbəti addım kimi qiymətləndirib.Daha sonra konfransda "Azərbaycan milli hərəkatında Fevral inqilabının rolu və əhəmiyyəti”, "Rusiya müsəlmanlarının azadlıq mübarizəsində Azərbaycan milli hərəkatının yeri”, "Azərbaycan milli hərəkatının əsasları”, "Azərbaycan muxtariyyəti və bolşeviklərin mövqeyi”, "Ə.M.Topçubaşovun ictimai-siyasi fəaliyyəti”, "Qafqaz müsəlmanları qurultayının Azərbaycan milli hərəkatında yeri”, "Birinci Dünya müharibəsinin əvvəllərində Osmanlı dövlətinin Qafqaz siyasəti və müstəqil Azərbaycan ideyası” mövzularında məruzələr dinlənilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya