"Daban şporu" xəstəliyi nədən yaranır və necə xilas olaq ? - OXUYUN !
13:37 23.11.2017
Arxiv
13430
Bütün gün ərzində çox güclü yükləmələrə məruz qalan ayaq pəncələrimizin alt hissəsindəki bağlarda kiçik yırtıqlar əmələ gələ bilər.
"Sherg.az”ın məlumatına görə, adətən belə mikroyırtıqlar özü özündən bitişir. Lakin bəzən bu baş vermir və bu yerdə və ətraf toxumalarda iltihab yaranır. Daban sümüyü bu iltihaba cavab olaraq böyüməyə başlayır, sümükdə iti çıxıntı əmələ gəlir.
Bu çıxıntıya "daban şporu" deyilir. Daban şporu həm bir, həm də hər iki pəncədə əmələ gələ bilər.
Kifayət qədər yayılmış daban şporu 40 yaşından sonra əmələ gəlməyə başlayır. Qadınlarda bu pozulmaya kişilərlə müqayisədə daha tez-tez təsadüf edilir.
Tibbdə bu pozulmanın səbəbləri məlum olmasa da mütəxəssislər bəzi risk faktorlarını sadalayıb.
Belə ki, daban şporunun yaranmasının səbəbləri kimi yastıpəncəlik, artıq çəki, podaqra, ayaq oynaqların xəstəlikləri və iltihabları (artroz, osteoartroz, artrit və s.), travmalar (xüsusilə daban sümüyü travmaları), maddələr mübadiləsi pozulmaları, ayaqlarda qan dövranı pozulmaları ilə müşayiət olunan xəstəliklər (şəkərli diabet və s.), həddən artıq yükləmələr (adətən idmançılarda) və bəzi onurğa xəstəlikləri göstərilə bilər. .
Daban şporların əsas simptomu hərəkət və fiziki yükləmə zamanı dabanda olan güclü ağrılardır. Belə ağrılar insan uzun müddət ərzində uzandıqdan və ya oturduqdan sonra yeriməyə başladıqda əmələ gəlir. Bunlara "start ağrılar" deyilir. Çox kəskin olan ağrılar əsasən günün birinci yarısında çox hiss olunur.
Daban şporuna şübhə yarandıqda ortoped və ya ortoped-cərrah həkiminə müraciət etmək lazımdır. Simptomlar əmələ gəldikdən dərhal sonra həkimə müraciət etdikdə xəstəlik daha asan müalicə olunur.
Daban şporu kompleks şəklində müalicə olunan problemdir. Burada dərmanlar, xüsusi ortopedik vasitələr, fizioterapiya, müalicəvi bədən tərbiyəsi və s. Müalicə üsulları istifadə oluna bilər.
Çox nadir hallarda daban şporu zamanı cərrahi müalicə tətbiq olunur.
Aysel
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya