"Dadaş Bakinskiy" Rusiyadan deportasiya edildi

Azərbaycanlı qanuni oğruya 2021-ci ilə kimi Rusiyaya giriş qadağan edilib



Rusiyada azərbaycanlı qanuni oğru deportasiya edilib. ANS PRESS-in "Praym Kraym" saytına istinadla verdiyi məlumata görə, 42 yaşlı Dadaş İbrahimov oğru aləmində "Dadaş Bakinskiy" kimi tanınır. O, martın 12-də hüquq-mühafizə orqanı əməkdaşlarının müşayiəti ilə Moskvanın Domodedova hava limanına gətirilib. 42 yaşlı azərbaycanlı "Moskva-Bakı" reysi ilə Rsuiyadan deportasiya edilib. Qanuni oğruya 2021-ci ilə kimi Rusiyaya gəlmək qadağan edilib.

O, qısa müddət öncə həbsdən azad edilib.

D.İbrahimov 2012-ci ildə həbs edilmişdi. O, narkotik maddə saxlamaqda ittiham edilərək saxlanılmışdı. Üç il sonra isə həbsxana əməkdaşına rüşvət verməyə çalışdığı üçün məhkum edilmişdi. 
Dadaş İbrahimov 2012-ci ildə Sankt-Peterburqdan qayıdarkən vağzalda tutulmuşdu. Saxlanılan zaman üzərində heroin də daxil olmaqla ümumi çəkisi 3 qrama yaxın narkotik maddə aşkarlanmışdı.

Rusiyaya getməmişdən öncə o, Azərbaycanda da məhkumluq həyatı yaşayıb.