Dağıstanda Azərbaycandan yük daşıyan TIR-ları niyə saxlayırlar?
16:12 29.03.2017
Arxiv
708
Artıq iki gündür ki, Azərbaycandan Rusiyaya yük daşıyan TIR-lar Dağıstanda saxlanılır. Lakin bu dəfə onları saxlayanlar gömrük və ya polis əməkdaşları deyil, elə TIR sürücülərinin Dağıstandan olan həmkarlarıdır.
Sherg.az virtualaz-a istinadən xəbər verir ki, Dağıstan uzaq yol sürücüləri respublika ərazisindən keçən TIR-ları saxladaraq onların sürücülərini "Platon" şirkətinə qarşı aksiyaya qoşulmağı tələb edirlər. Belə ki, dağıstanlı TIR sürücüləri federal yollardan istifadəyə görə TIR sürücülərindən haqq yığan "Platon" şirkətinə etiraz olaraq öz maşınlarını yol kənarlarında saxlayaraq aksiya keçirirlər. Və respublika ərazisindən keçən TIR-ların sürücülərindən də tələb edirlər ki, onlara qoşulsunlar. Lakin aksiyaya qoşulmaqdan imtina edib yoluna davam etmək istəyənlərə qarşı zor tətbiq edilməsi, hətta onların maşınlarının yandırılması halları da qeydə alınıb.
Hərçənd Dağıstan DİN aksiyanın insidentsiz davam etdiyini bildirib. DİN-in bildirdiyinə görə, aksiya iştirakçıları Dağıstan üzərindən yükdaşımaları əngəlləmirlər. Aksiyaçıların nümayəndəsi Rüstəm Malamaqomedov isə deyib ki, onlar respublikanın bütün regionlarında TIR sürücülərinə "Platon"a qarşı etirazlara cəlb etməyə çalışırlar. "İzah etməyə çalışırıq ki, niyə dayanmışıq. Onlar da dayanırlar, hədə-qorxusuz, səliqə ilə izah edirik"-o deyib. Bəs dayanmaqdan imtina edənlər necə olur? Malomaqomedov bu suala cavab verməyib.
Ancaq digər aksiyaçı fəal Ruslan Ramazanov etirazçıların respublika ərazisindən yük daşıyan maşınların hərəkətini əngəllədiyini təsdiqləyib. O, şüşələri sındırılmış bir neçə TIR-ın fotosunu da göstərib. Məlumata görə TIR-lardan birinə od vurulub, maşın yüklə birlikdə yanıb. Ramazanov onu da deyib ki, sürücülərdən biri Azərbaycandan gedən bir neçə TIR-ın məcburən saxlanıldığını görüb, maşınları "QAİ" əməkdaşları əhatəyə alıbmış.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial