"Dağlıq Qarabağ münaqişənin nizamlanmaması müharibə riskini artırır" - AKTUAL
13:54 08.02.2019
Arxiv
499
"Bilirsiz ki, Azərbaycan və Ermənistan dövlət başçılarının növbəti görüşü planlaşdırılır. Bundan əvvəlki görüşlər Moksvanın iştirakı olmadan reallaşıb. Rusiya tərəfi xarici işlər naziri Sergey Lavrovun əli ilə təşəbbüsü öz əlinə almağa çalışır”.
Bunu "Sherg.az”a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik bildirib ki, belə görüşlərdə ATƏT-in Minsk Qrupunu təmsil edən bütün ölkələrin xarici işlər nazirlərinin iştirak etməsi çox yaxşı olardı:
"Reallıq odur ki, münaqişənin tənzimlənməsində əsasən Rusiya və ABŞ-ın mövqeləri və fəaliyyəti mühüm rol oynayır. Buna görə də iki həmsədr dövlətin prosesdə aktiv olması çox vacibdir. Təbii ki, ilk növbədə Ermənistanın yeni hakimiyyətinin özü kompramisə hazır olmalıdır.
Lakin müasir beynəlxalq münasibətlərdə münaqişələrin tənzimlənməsində böyük güclərin rolu danılmazdır. Son zamanlar ABŞ tərəfindən münaqişə ilə bağlı Ermənistana obyektiv olmaq tövsiyyə olunur, hətta konkret işğal edilmiş ərazilərdən çıxmaq şərti irəli sürülür. Bu kimi tələblərin Minsk Qrupunun digər ölkələri tərəfindən də irəli sürülməsi yaxşı olardı.
Dünyada yeni qütbləşmə gedir, çoxqütblü mərkəzlər yaranır və yeni beynəlxalq münasibətlər sistemi formalaşır. Bunları nəzərə alan böyük ölkələr bölgədə sülhün bərqərar olmasının zəruriliyini anlayırlar. Çünki münaqişənin nizamlanmaması getdikcə müharibə riskini artırır ki, bu da böyük dövlətləri üz-üzə qoya bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm