"Dağlıq Qarabağ münaqişəsinə dair hansısa proses başlayıb" - Sabiq XİN başçısı
15:24 14.11.2017
Arxiv
1133
Tofiq Zülfüqarov:" Tez zamanda nəticə gözləmək düzgün deyil. Çünki iştirak edən tərəflər öz mövqeyini bildirir. Bu mövqelərin müzakirəsinə və nəticələrin əldə olunmasına vaxt lazımdır"
"Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir nəticə gözləmirəm”.
Bu barədə "Sherg.az”a Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. O qeyd edib ki, artıq Azərbaycan ictimaiyyətinin böyük hissəsi Lavrovun vasitəçilik missiyasına etibar etmir:
"Çünki o etibarı itirib. Ona görə, XİN rəhbərinin gəlişindən heç nə gözləmirəm”.
Ötən gün keçirilən Türkiyə-Rusiya prezidentlərinin görüşünü xatırladan sabiq nazir görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələrə də toxunub:
"İnanmıram ki, prezidentlər arasında heç bir nəticə əldə olunmasın. Hesab edirəm, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa proses başlayıb, bu isə ilkin görüşlərdir. Tez zamanda nəticə gözləmək düzgün deyil. Bəzən şikayət edirlər ki, bu barədə mətbuata məlumat verilmir. Əslində bu, normaldır, çünki iştirak edən tərəflər öz mövqeyini bildirir. Bu mövqelərin müzakirəsinə və nəticələrin əldə olunmasına vaxt lazımdır.
S.Lavrov isə müəyyən bəyanatlarından sonra konkret olaraq vasitəçi etibarını itirib”.
Qeyd edək ki, XİN rəhbərinin səfəri noyabrın 19-na planlaşdırılıb. Lavrovun Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr aparacağı bildirilir. Ehtimala görə, noyabrın 20-də Rusiya xarici işlər naziri İrəvana səfər edəcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə