"...Dağlıq Qarabağ problemi tezliklə Azərbaycanın xeyrinə həll edilsin"




"Həmsədr ölkələr, əsasən də Amerika maraqlıdır ki, Dağlıq Qarabağ problemi tezliklə Azərbaycanın xeyrinə həll edilsin".

Bunu Sherg.az-a cəbhə xəttində gərginliyin artmasını şərh edərkən "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. 

O bildirib ki, cəbhədə hər an təxribatlar törədilə bilər:


"Ermənilər bu təxribata həmsədrlərin və Amerikanın susması nəticəsində cəhd göstərdilər. Belə qiymətləndirmək olar ki, həmsədrlər də savaşın baş verməsinə bir növ etiraz etmədilər. Yəni bu proses idarə olunur. Hər iki tərəfə təzyiqlər göstərilir. Dağlıq Qarabağda qondarma referendumun keçirilməsi də bir mesaj idi. Bu onu göstərir ki,  Dağlıq Qarabağda hər an təxribatlar törədilə bilər". 

Qeyd edək ki, son günlərdə cəbhədə vəziyyətin yenidən gərginləşməsi, Ermənistanın Dağlıq Qarabağda qondarma referendum keçirməsi cəmiyyətdə yenidən aprel döyüşlərinin təkrarlanması ehtimalını yaradıb. 

Aysel Aslan