Dağlıq və dağətəyi rayonlarda yağış sulu qar və qara keçəcək





"Ölkə ərazisində qeyri-sabit hava şəraiti noyabrın 25-i gündüz saatlarına qədər davam edəcək”.

Bu barədə "Sherg.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib. 

O bildirib ki, arabir yağış yağacaq:

"Dağlıq və dağətəyi rayonlarda yağışın qar və sulu qar şəklində olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə güclənəcək.

Artıq bəzi bölgələrdə qar yağması müşahidə olunub. Paytaxtda da ayın 24-ü və 25-də arabir yağış yağması gözlənilir”.

Aysel Aslan