Daha iki məktəblini maşın vurdu - Göygöldə




Göygöldə iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə rayonun Yeni Qızılca kəndində baş verib.
Kənd sakinləri - 2003-cü il təvəllüdlü Əskərov Coşqun Xəyal oğlu və həmyaşıdı Əliyev Rəvan Ramiz oğlu yolu keçən zaman avtomobil onları vurub.
Müxtəlif bədən xəsarətləri alan hər iki yeniyetmə xəstəxanaya yerləşdiirlib.
Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzanı törədən sürücü avtomobillə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.