"Danışıqlar çox, açıqlamalar çox, həll isə yox"
15:51 24.05.2017
Arxiv
545
Elxan Şahinoğlu: "Neçə illik mənasız danışıqlardan sonra gəldiyimiz qənaət budur ki, düşmənə zor tətbiq etmədən münaqişəni həll etmək çətin olacaq”
"Münaqişə 30 ildən çoxdur davam edir. Artıq yeni nə təklif ola bilər ki?!”
Bunu Sherg.az-a Avropa Şurası Parlament Assambleyasının Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mümkün fəaliyyətlərə dair təkliflər hazırlayacağına münasibət bildirərkən politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ermənistan Qarabağ ətrafındakı torpaqları boşaltmalı, məcburi köçkünlər geri qayıtmalıdır:
"Bundan sonra artıq danışıqlar ola bilər. Bu, olmadan sözsüz ki, problem həll olunmayacaq. Bütün münaqişələr belə, mərhələli şəkildə həll olunur. Təəssüf ki, erməni separatçıları arabanı atlardan irəli qoymaq istəyirlər. Ona görə də həll alınmır. İlk növbədə deyirlər ki, status müəyyənləşməlidir, sonra guya Qarabağ ətrafındakı rayonları azad edə bilərlər. Bu da faktiki Dağlıq Qarabağın müstəqilliyinə yol açır. Bu səbəbdən münaqişə həll olunmur. Minsk qrupunun fəaliyyəti isə göz qabağındadır: nala, mıxa vurur.
Buna baxmayaraq düşünürəm ki, AŞPA Minsk qrupundan yaxşı mənada fərqlənə bilər. Çünki AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir neçə qətnamə qəbul olunub. Həmin təkliflər içərisində qətnamə hazırlanacaqsa, AŞPA fəaliyyətini gücləndirəcəksə, bu, bizə müəyyən mənada xeyirli ola bilər. Hətta Avropa İttifaqının (Aİ) da məsələyə qoşulması bizim xeyrimizədir.
Çünki Avropa Parlamenti də bir neçə dəfə Qarabağla bağlı qətnamə qəbul edib və birmənalı olaraq işğalı pisləyib. Hətta Rusiyaya da işarə edib ki, bu işğalda Rusiyanın əli var. Həm AŞPA-nın, həm də Avropa Parlamentinin münaqişənin həllində təşəbbüskar olması Azərbaycanın xeyrinədir. Amma bu o demək deyil ki, münaqişənin həllini sürətləndirəcək. Danışıqlar çox, açıqlamalar çox, münaqişə isə həll olunmur. Yəni bu neçə illik mənasız danışıqlardan sonra gəldiyimiz qənaət budur ki, düşmənə zor tətbiq etmədən münaqişəni həll etmək çətin olacaq”.
Bütün bunları nəzərə alaraq E.Şahinoğlu həmməruzəçilərin Azərbaycana səfərlərindən heç bir dəyişiklik gözləmədiyini bildirib:
"AŞPA Azərbaycanın ərazi bütövlüyünün lehinə addımlar atsa da, real olaraq fəaliyyət göstərə bilmir. Bütün tərəflər ünvan kimi ATƏT-in Minsk qrupunu göstərir. Hətta dəfələrlə məsələni BMT səviyyəsinə qaldırmaq istəsək də, BMT-nin özü belə ünvan kimi ATƏT-i və Minsk qrupunu göstərir. Biz də bilirik ki, Minsk qrupu fəaliyyətsiz durumdadır. Yəni monitorinq keçirilsə, danışıqlar təkliflər olsa da təəssüf ki, bu prosesi irəliyə aparmır”.
Qeyd edək ki, təkliflər barədə AŞPA Monitorinq Komitəsinin Avropa Şurasına üzv ölkələr arasında münaqişələrə dair alt komitəsinin mayın 15-də keçirilmiş iclasında qərar verilib.
Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda isə Azərbaycana səfər edəcəklər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Odessada növbəti partlayış baş verdi
05:35 29.09.2026
Gündəm
Skarlett Yohanson həyat yoldaşı ilə
04:14 29.09.2026
Şou
Xərçəng və diabetdən qorunmaq üçün Ulun çayı için
03:39 29.09.2026
Sağlamlıq
Viktor Orbanın sabiq nazirlərinə ağır zərbə
03:03 29.09.2026
Dünya
ABŞ bu ölkələrin rəsmilərinə məhdudiyyət tətbiq etdi
02:32 29.09.2026
Dünya
Tramp: ABŞ və İran arasında məsləhətləşmələr aparılıb
01:59 29.09.2026
Aktual
Zukerberq bir gündə 10,9 milyard dollar itirdi
01:17 29.09.2026
Texnologiya
Qeşm adasında partlayış baş verdi
00:54 29.09.2026
Gündəm
Səyyari: Amerika İranla nə edəcəyini bilmir
00:32 29.09.2026
Region
"Starship" kosmik gəmisi partladı
00:10 29.09.2026
Dünya
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
23:48 28.09.2026
İnfrastruktur
Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB
22:38 28.09.2026
Gündəm
Şahin Mustafayev iranlı nazirlə görüşüb
21:59 28.09.2026
Gündəm
Livan ABŞ ilə yenilənmiş tərəfdaşlığa ümid edir
21:46 28.09.2026
Dünya
Tramp İrana qarşı sanksiyaları yumşalda bilər
21:01 28.09.2026
Aktual
Odessaya gedən iki yük gəmisini vurduq - Rusiya MN
20:50 28.09.2026
Gündəm
FTB-nin direktor müavini istefa verdi
20:34 28.09.2026
Dünya