Bu gün Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti (TWESCO) Darhan Kıdıraılı ilə İslam Ölkələri Statistik, İqtisadi və sosial araşdırmalar və Treninq Mərkəzinin (SESRIC) Baş Direktoru Musa Qulaqlıqayanın görüşü olub.
Sherg.az xəbər verir ki, ikitərəfli görüş zamanı Akademiyanın rəhbəri mötəbər qonağa TWESCO-nun beynəlxalq əlaqələrindən və elmi layihələrindən danışıb. Bundan əlavə, tərəflər gələcəkdə birgə layihələrin işlənilib həyata keçirilməsi barədə müzakirə aparıblar.

Cənab Musa Qulaqlıqaya Akademiyanın fəaliyyətinə çox böyük maraq göstərdiyini bildirib, və onlara təşkilatın gələcək işlərində uğur arzulayıb. Akademiyada fəaliyyət göstərən Türk Kitabxanası və Türk Muzeyini ziyarət edən Musa Qulaqlıqaya O həm də TWESCO-nun xatirə kitabına öz ürək sözlərini yazıb.
Qeyd etmək lazımdır ki,1978-cin ildə yaradılan SESRIC təşkilatı TWESCO ilə Ankara şəhərində 2016-cı ildə əməkdaşlıq haqqında da memorandum imzalayıb. Memoranduma görə hər iki təşkiılat iqtisadiyyat, statisttika və sosial araşdırmalar sahəsində əməkdaşlıq edirlər.